Çərşənbə, 01 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Sərhəddə baş verənlər bizim üçün utancvericidir” – Deputat

"Baş verən bu insidenti cavabsız buraxmaq olmaz"

Fazil Mustafa: “Gürcülər bu cəsarəti çox zaman bizim təmkinimizdən alırlar”

Xəbər verdiyimiz kimi, Keşikçidağda Azərbaycan sərhədçiləri ilə Gürcüstanın mülki şəxsləri arasında xoşagəlməz insident yaşanıb. Belə ki, Gürcüstan vətəndaşları sərhədi qanunsuz şəkildə pozublar, üstəlik onlardan biri sərhədçimizin silahını əlindən alıb.

Maraqlıdır, gürcülər sərhədlərimizi pozmaq və əsgərlərimizə hücum etmək cəsarətini haradan və ya kimdən alırlar? Baş vermiş hadisəyə adekvat cavab olmalıdırmı?

AYNA-ya bu barədə danışan millət vəkili Fazil Mustafa hesab edir ki, baş verən bu insidenti cavabsız buraxmaq olmaz: “Belə bir hadisənin baş verməsi bizim üçün utancverici haldır. Qarşısının alınması üçün isə mütləq addımlar atılmalıdır”.

Azərbaycan sərhədi toxunulmazdır. Hər hansı bir şəkildə sərhədi pozmağa çalışan mülki şəxslərin qarşısına heç sərhədçiləri yox, elə mülki şəxsləri çıxarmaq lazımdır. Anlasınlar ki, Azərbaycan sərhədində təxribat xarakterli hərəkətlər etməyin heç bir anlamı yoxdur”, – F.Mustafa bildirib.

Deputat baş vermiş hadisənin Rusiya ilə əlaqələndirilməsinə də münasibət bildirib: “Rusiya olmur, başqa dövlət olsun, bu hərəkəti törədən istənilən ölkəyə qarşı mütləq sərt addım atılmalıdır”.

“Gürcülər bu cəsarəti çox zaman bizim təmkinimizdən alırlar. Biz də təmkinimizi bir kənara qoymalıyıq, sərhəd pozan istənilən şəxsi elə cəzalandırmalıyıq ki, digərləri də görsün ki, sərhədi pozmaq olmaz. Azərbaycan tərəfi mövqeyini rəsmi və qəti şəkildə ortaya qoymalıdır”, – deyə deputat vurğulayıb.(Azpolitika.info)

pia.az

 



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Coşqun Əliyev daha yüksək vəzifəyə gətirilir - İddia

Növbəti köç karvanı Laçına çatıb, açarlar təqdim olunub - Yenilənib

Bu il Azərbaycandan Həcc ziyarətinə səfərin vaxtı açıqlanıb

Ukraynada vəziyyət gərginləşib: Odessa və Xarkovda kütləvi hücumlar - Video

Məşhur ifaları ilə tanınan müğənni Züleyxa Rəhimi vəfat etdi - Foto,Video

Bakıda I və II Şəhidlər xiyabanında tanınmadan dəfn edilən 13 nəfərin şəxsiyyəti müəyyənləşib - Siyahı    

Korrupsiya əməliyyatı aparılan qurumdan görüntülər - Video

Ən çox oxunanalar