Cümə, 03 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Səmərqənd sammiti - Hər şeyini itirən Putin və dilənçi Lukaşenko...

Hətta Lukaşenko Putinin yanındaca Əliyevdən və Ərdoğandan pul dilənir...

Rusiya Federasiyasının (RF) Prezidenti Vladimir Putin beynəlxalq səhnədə nüfuzunu itirib. Hətta Çində də onun bəyanatlarına daha inanmırlar, hansı ki, dəyişməz olaraq bunu Kremlə gizli dəstək kimi təqdim edirdilər.

Bu məsələyə «XKX Generalı» (Xarici kəşfiyyat xidməti) Teleqram-kanalında diqqət yetiriblər.

Xəbərdə Putinin ÇXR sədri Si Tsizipinlə görüşünü analiz ediblər. Bu görüşdə Çin liderini tədbirin «gerçək lideri» adlandırıblar.

«Sammitdə iştirak edən dövlət başçılarının çoxunun reaksiyasından mütləq şəkildə aydın oldu ki, cazibə mərkəzi və güc Tsizinpinin şəxsində Çindir» - KİV-də qeyd ediblər.

Diqqəti ona yönəldiblər ki, Putin, onunla birlikdə həm də Rusiya sammitin real gündəliyinin periferiyasında yerləşib. Özbəkistana gəlişinin ilk dəqiqələrində Putini aşağılayıblar, belə ki, təyyarənin trapında onu ölkə Prezidenti qarşılamayıb.

 

"Tsizinpinlə görüş də gözlənilən nəticəni verməyib. Təbliğat kanalları yalnız Putinin nitqini göstəriblər, Çin başçısının bəyanatlarını isə hətta tərcümə də etməyiblər.

Putin özünün ağır taleyindən və çoxsaylı problemlərindən Tsizinpinə çoxlu şikayətlənib, bütün günahlarda «ümumi düşməni» günahlandırıb, amma diqqət və anlayış üzrə növbətçi sözlərdən başqa heç bir cavab almayıb» - «XKX Generalı» yazır.

Putinə məsləhət görüblər ki, Çinlə münasibətlərin yaxşılaşmasına ümid etməsin, nədən ki, Pekindən müharibəyə kömək olmayacaq.

 

Sammitin gedişində Putinin Tsizinpinlə ünsiyyətinin kuliminasiyası Çin liderinin Putinə sualı olub: «Rusiya Prezidenti əmindirmi ki, xüsusi əməliyyatın qarşıya qoyduğu bütün məqsədlərə Ukraynada nail olunacaq?» Putin təsdiqləyici cavab verərkən, Tsizinpin gülümsəyib və inamsızlıqla başını yelləyib» - KİV-də Putinin aşağılanması anını təsvir ediblər.

Sammitin analizində həm də əlavə ediblər ki, Orta Asiya bölgəsinin təhlükəsizlik sisteminin arxitekturasını indi Çin və Türkiyə həll edəcək, RF isə «göyərtədən» kənarda qalıb.

«Rusiyaya istisnasız olaraq, «xammal əlavəsi» kimi baxılır. Putin hər şeyi itirib. Hətta Lukaşenko Putinin yanındaca utanmazcasına Əliyevdən və Ərdoğandan pul dilənir» - müəllif əlavə edib. (AzPolitika.info)

Mənbə: Obozrevatel.com.ua.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda sabiq nazir hər ay mənimsədiyi pulların miqdarını açıqladı

MSK Ramin Məmmədovun deputat səlahiyyətlərinə xitam verib - Yenilənib

Ağcabədidə qadın qətlə yetirilib, qaynı saxlanılıb - Yenilənib

Prezidentin sərəncamı 3000-ə yaxın şəxsə şamil olunacaq

66 konqresmen Azərbaycana qarşı sanksiyalar tətbiq etmək təklifi ilə çıxış edib...

Rusiya 15 ukraynalı əsir hərbiçini edam edib - Human Rights Watch bu cinayətləri təsdiqləyib...

Dini liderlər Füzuli şəhərində olublar - Yenilənib

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu başa çatıb - Yenilənib  

Dostunun 14 yaşlı qızını qaçıran kişi həbs olundu

Mövlam Şixəliyev maddi ziyanla bağlı məhkəməyə müraciət etdi

AAYDA: "Koroğlu" metro stansiyasına qədər yeni avtomobil yolunun tikintisinə başlanılır - Video

Ən çox oxunanalar