Cümə axşamı, 09 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Səməd Seyidov: “Düşmənin “piramidası”nı dağıdırıq”

Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar ABŞ-ın Ermənistana xəbərdarlıq etməli olduğunu bildirib. Nazir vurğulayıb ki, Türkiyə Ermənistanın hərbi hücumlarını qınayır və münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində sülh yolu ilə həll olunmasını dəstəkləyir.

H.Akar qeyd edib ki, ABŞ və beynəlxalq ictimaiyyət Ermənistana hərbi hücumlardan çəkinməsi və münaqişənin həllində yeni forma qəbul etməsi üçün xəbərdarlıq etməlidir. Nazirin açıqlamasını “Sherg.az”a şərh edən millət vəkili Səməd Seyidov bildirib ki, Türkiyə Ordusunun Azərbaycan Silahlı Qüvvələri ilə birgə təlimləri çox vacib bir məsələdir. Parlamentari vurğulayıb ki, müxtəlif qüvvələr, öncə isə Ermənistan regionda vəziyyəti gərginləşdirmək istəyir: “Bu yaxınlarda Amerika Konqresində Ermənistanın işğalçı dövlət kimi təqdim olunması, qaçqın və köçkün problemi ilə bağlı əlavələrin qanun layihəsinə əlavə edilməsi ABŞ-da Azərbaycanın mövqeyinin möhkəmlənməsinə dəlalət edir.

Ermənistanın qurduğu işğalçı təxribat baş verənlərin işğal olmadığını, demokratik dəyərlər donuna geyindirilmiş bir hərəkət olduğunu səsləndirməsi iflasa uğrayır.

Bunu Avropada və ABŞ-da görürük. Türkiyənin dəstəyi çox vacibdir. Düşmən görür ki, cəhdləri bir işə yaramır. Bu gün Azərbaycan diasporu dünyanı silkələyir, Qarabağ məsələsini gündəmə gətirir və dünya parlamentlərində Azərbaycanla bağlı məsələlər səslənir. Bunlar da dünya siyasətçilərini narahat etməyə başlayır”.

S.Seyidov onu da diqqətə çatdırıb ki, bundan sonra Ermənistan Azərbaycana qarşı işləyən qüvvələrə müəyyən tapşırıqlar verəcək: “Çalışacaqlar ki, Azərbaycanda insan haqları məsələsini qaldırsınlar, ölkəmizdə demokratik inkişafın problemli olması ilə bağlı müzakirələr təşkil etsinlər, xoşagəlməz məsələni şişirdib dünyaya təqdim etməyə başlasınlar. Düşmən görür ki, qurduqları yalan “piramida”sı dağılmağa başlayır. Onlar düzgün məlumatları heç kim öyrənə bilməsin deyə, Azərbaycanın imicinə xələl gətirən aksiyalar keçirmək istəyirlər. Məsələn ABŞ, Avropa və başqa yerlərdə insan haqları təşkilatları Azərbaycanda insan haqları ilə bağlı kəskin fikirlər söyləyib bəyənatlar yaymağa başlayacaqlar. Amma bütün bunlar işləməyəcək. Bütün bunlar erməni yalanlarının üstünün açılımasına səbəb olacaq. Müstəqil siyasətimiz bəzilərinin boğazında sümük kimi ilişib qalmaqda davam edir”.(pravda.az)

pia.az


Etiket: Səməd Seyidov


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ermənilər Nizaminin kəlləsini oğurlayıblar: Xalq artistinin iddiasına alimdən şok cavab

Birnəfərlik elektrik təyyarələrinin satışına başlanıldı

Bakıda talassemiyalı uşaqların valideynlərinə 1 milyon "atıb"lar - Məşhur həkimin adı cinayət dosyesində

Rusiya Paşinyana qarşı cəbhələri vahid mərkəzdə birləşdirib Ermənistandakı mövqelərini bərpa edə biləcəkmi?

UEFA Konfrans Liqasında ilk finalçı müəyyənləşib

Xırdalanda sahibsiz itlər qadına hücum etdilər - Anbaan video

Flora Kərimova: “Finala keçməyə qoymadılar”

Dönərdən zəhərlənən şəxsin yaxını: “Beş manata görə hər şeyi edirlər” - Video

Elçin Əmirbəyov BMT Baş katibinin köməkçisi ilə COP29-u müzakirə edib

Ən çox oxunanalar