Çərşənbə, 01 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Səməd Seyidov AŞPA-ya üzv dövlətləri təzyiq və təhqirlərə yol verməməyə çağırıb

"Biz bütün üzv ölkələrə müvafiq prosedurlar yaratmağa qadir olmalıyıq"...

“Report”un Fransa bürosu xəbər verir ki, bunu Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov Avropa Şurası Nazirlər Komitəsi ilə Parlament Assambleyası arasında birgə əlavə prosedurlara həsr olunmuş müzakirələr zamanı bildirib.

Onun sözlərinə görə, hər bir ölkənin məsələyə yanaşma forması var: "Biz bilirik ki, Avropa Şurasının tərkibində böhran yaşanır. Bu hesabatda yer almış yanaşma ya bizi bir-birimizə çox yaxınlaşdıracaq, ya da tamamilə ayıracaq. Çünki bu təşkilatın fəaliyyəti ilə bağlı şübhələr, tərəddüdlər çoxdur. Milli maraqlar ümumi maraqlarımızı üstələyir".

S.Seyidov dövlətləri təzyiq və təhqirlərə yol verməməyə, təşkilatın gələcəyini düşünməyə, bütün üzv dövlətlərin maraqlarına uyğun qaydalar yaratmağa dəvət edib: "Biz hamımız təşkilatın tamhüquqlu üzvüyük. Biz bilməliyik ki, fəaliyyətimiz gələcəyimizi təmin etməlidir. Bu təşkilatın tərkibində təzyiqlərə, təhqirlərə yol verilir. Biz birlikdə hamıya uyğun olan prosedurların yaradılmasına çalışmalıyıq".

pia.az


Etiket: Səməd Seyidov

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Kartıma köçürdüyüm maaşdan 134 mini icra başçısına vermişəm” – Seymur Orucovun qohumu həbs edildi

Bakı Yelizavetpol xəritəsini təklif etsə… - İoannisyan

Məşhur ifaları ilə tanınan müğənni Züleyxa Rəhimi vəfat etdi - Foto,Video

Yadplanetlilər bu partlayışda məhv olub - Şok iddia

Prezident VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində iştirak edib, nitq söyləyib - Yenilənib

May ayında gözlənilən maqnit qasırğaları: Ən təhlükəlisi nə vaxt olacaq?

Milli Qurtuluş Günü və Qurban bayramı ilə əlaqədar ardıcıl 5 gün iş olmayacaq

Elçin Əmirbəyov: "Papa Fransisk Həzrətlərinin Bakı və İrəvanın sülhün əldə edilməsinə göstərdiyi diqqəti yüksək qiymətləndiririk"

Dövlət Departamenti: Azərbaycanla Ermənistan arasında sülhün mümkün olduğuna inanırıq

Ən çox oxunanalar