Bazar, 05 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Səhiyyə Nazirliyinin qarşısında paltarsız aksiya - Foto

Anası onkoloji xəstə olan jurnalistin çarəsizliyi

Jurnalist Teymur Kərimov Səhiyyə Nazirliyinin qarşısında səhiyyədəki rüşvətxorluğa və özbaşınalığa etiraz olaraq təkbaşına aksiya keçirib. O, nazirliyin binası önündə paltarlarını soyunaraq, onları satışa çıxarıb.

Qeyd edib ki, anası onkoloji xəstəliyə tutulub, ölüm ayağındadır. Onun müalicəsi, qanla təmin olunması üçün həkimlər külli miqdarda pul tələb edirlər. Artıq qan almağa, həkimlərə verməyə pul tapmadığı üçün paltarlarını Səhiyyə Nazirliyinin qarşısında satışa çıxarıb – belə bir aksiya ilə etirazını nümayiş etdirmək məcburiyyəti qarşısında qalıb. Bunula ölkə rəhbərliyinin və ictimaiyyətin dıqqətini səhiyyədəki acınacaqlı duruma cəlb etmək istəyib.

Ölkə səhiyyəsindəki rüşvətxorluq və özbaşınalıqlara görə nazir Oqtay Şirəliyevi günahlandıran jurnalist ona qarşı bir sıra ağır ittihamlar irəli sürüb. Naziri vəzifəsini yerinə yetirə bilməməkdə və sair məsələlərdə ittiham edib.

Jurnalist təxminən 20 dəqiqə yüksək səslə nazirin və Səhiyyə Nazirliyinin ünvanına bir çox ittihamlar səsləndirsə də, nazirlikdən heç kim onunla maraqlanmayıb.

Sonra polislər hadisə yerinə gələrək, jurnalisti bölməyə aparıblar.(AzPolitika.info)

pia.az

 

 



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Green card” müraciətlərinin nəticələri açıqlandı - Yenilənib

İlham Əliyevdən Xankəndi ilə bağlı sərəncam 

Şəkidə qətl hadisəsinin təfərrüatları məlum olub - Yenilənib

Əhmədbəyli-Füzuli-Şuşa yolunun son görüntüləri - Video

"Yelo Bank"dan şikayət: "Əsəbinizi korlamaq istəmirsizsə, bu bankdan uzaq durun" 

İsa Qəmbər yenidən Müsavat Partiyasının başqanı seçilib

FIFA prezidenti futbol qaydalarında daha bir dəyişiklik etməyə hazırlaşır

Azərbaycan və Türkiyə XİN başçıları qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər - Yenilənib

Yevgeni Jukov: "Azərbaycanda neft hasilatının azalması iqtisadi artıma əhəmiyyətli təsir edib"

Ən çox oxunanalar