Çərşənbə, 21 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Səhiyyə Nazirliyi: "Apteklərdən elektron reseptsiz dərman almaq mümkün olmayacaq"

Səhiyyə Nazirliyinin Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzinin şöbə müdiri Kəbutər Mövsümlü bundan sonra apteklərdən elektron reseptsiz dərman əldə etməyin mümkün olmayacağını bildirib...

“Report”un məlumatına görə, nazirlik rəsmisi deyib ki, elektron reseptdə yalnız Tarif Şurasının təsdiqlədiyi və dövlət qeydiyyatına alınan dərman vasitələri qeyd olunacaq.

Onun sözlərinə görə, elektron resept məsələsi dövlət tərəfindən pulsuz dərmanlarla təmin olunan müəyyən kateqoriyayadan olan vətəndaşlara şamil edilməyəcək: "Bəzi pasiyentlər üçün verilən reseptlərdə 2 və ya 3 möhür tələb olunur. Bu, elektron reseptdə də saxlanılıb. Bundan başqa, elektron reseptdə firma dərmanlarının və ya bioloji aktiv qida maddələrinın yazılması mümkün olmayacaq”.

“Misal olaraq reseptdə yazılan dərman sayı 10 ədəddir, lakin müraciət etdiyi aptekdə yalnız 5 ədəd qalıb. Onda aptekdə olan qədər alınır və elektron resept aktiv qalır, vətəndaş başqa əczaçılıq müəssisəsində müraciət edib dərman vasitələrini ala biləcəklər. Yəni qalan dərman sayına görə yenidən resept yazılmasına ehtiyac olmayacaq. Onu da nəzərə alaq ki, resept oxunuşu əczaçılar üçün müəyyən çətinlik yaradırdı, elektron resept sisteminin təşkili ilə bu problem arandan qaldırılmış olur”, - nazirlik rəsmisi əlavə edib.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

FHN-in güllələnən sabiq əməkdaşı ilə bağlı yeni təfərrüat 

Politoloq: Ərdoğan öz yerinə layiqli namizədlər hazırlayıb...

Azərbaycanın məşhur şirkəti istehsalı və satışı dayandırdı

Ukrayna Kurskda möhkəmlənir, Rusiya Donetski ələ keçirir...

'Əkinçilik" Elmi Tədqiqat İnstitunun deputatlığa namizəd direktoru milyonluq villa tikdirir? - İddia

Azərbaycanda polis kapitanının ölümünün təfərrüatı məlum olub - Foto

Bədəl Bədəlov əsəbiləşdi: "Rövnəq Abdullayev mənə dəstək verib?"

Yaşar Ağazadə şantaj ittihamı ilə həbs olundu

Ən çox oxunanalar