Şənbə, 05 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şair və siyasətçi Pablo Nerudanın ölümü yenidən araşdırılır...

Çili məhkəməsi şair Pablo Nerudanın ölümü ilə bağlı istintaqın yenidən başlaması barədə qərar çıxarıb...

Santyaqo apellyasiya məhkəməsi çilili şair və Nobel mükafatı laureatı Pablo Nerudanın ölüm səbəbləri ilə bağlı təhqiqatı yenidən başlamaq qərarına gəlib.

Poliqon xəbər veir ki, bu barədə Reuters Agentliyi məhkəmənin qərarına istinadən məlumat yayıb. Qqeyd edək ki, Pablo Neruda 1973-cü ildə vəfat edib.

Məhkəmə Pablo Nerudanın yaxınlarının ifadəsini nəzərə alıb. Qətnamədə bildirilir ki, ölümün səbəbləri ilə bağlı aparılan araşdırmalar “hərtərəfli və inandırıcı nəticələr vermir”, ona görə də “faktları dəqiqliklə aydınlaşdırmaq” üçün təfərrüatları öyrənmək lazımdır.

Pablo Neruda 23 sentyabr 1973-cü ildə vəfat edib. Bundan bir qədər əvvəl ona prostat xərçəngi diaqnozu qoyuldu. 2017-ci ildə bir qrup xarici məhkəmə eksperti şairin Avqusto Pinoçetin göstərişi ilə zəhərlənə biləcəyini irəli sürüb.

Şairin bacısı oğlunun bildirib ki, 2023-cü ilin fevralında beynəlxalq komissiya Pablo Nerudanın bədənində Clostridium botulinum bakteriyasının tapıldığı qənaətinə gəlib. Komissiyanın nəticələri rəsmən açıqlanmasa da, məhkəməyə təqdim edilib.

Pablo Neruda 1971-ci ildə Ədəbiyyat üzrə Nobel Mükafatını və 1950-ci ildə Beynəlxalq Sülh Mükafatını alıb. O, siyasi fəaliyyətlə də məşğul olub və Çili Kommunist Partiyasının üzvü olub. 1969-cu ildə partiya onu respublika prezidenti vəzifəsinə namizəd kimi irəli sürüb, lakin o, seçkilərdən geri çəkilib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - Yenilənib

Qonşusunun yetim uşağını döyə-döyə diləndirdi: Bakıda görünməmiş vəhşilik

Tağı Əhmədovu ağır vəziyyətdə Təzəpirə gətirdilər

Baş nazir Əhməd Əhmədzadənin vəzifəsini dəyişdi

Azərbaycanda həbs olunsa da rütbəsi alınmayan yeganə general

Nəsimi rayonunun bir qrup sakini Birinci vitse-prezidentə və "İDEA" İctimai Birliyinin sədrinə müraciət ünvanlayıb

Prezident: Azərbaycanın daha böyük coğrafiyada önəmli ölkəyə çevrilməsi prosesi bundan sonra da uğurla gedəcək

Arxeologiyanın ürəyi Türkiyənin Şanlıurfasında döyünür – Fotolar

Azərbaycanın inventarına daxil olunacaq "JF-17": Türkiyə əsas rol oynaya bilər

Ərdoğan: Yaxın Şərqdə hiyləgər planlar işə düşüb

Ən çox oxunanalar