Cümə, 03 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiyanın neft sənayesi ölür və 2023-cü ildə iflas edəcəyi gözlənilir…

Sanksiyalardan əvvəl Rusiya ildə təxminən 1,2 milyon barel neft məhsulları ixrac edirdi. 2023-cü ilin 1-ci rübünün sonuna qədər bu göstərici təxminən 5 dəfə aşağı düşəcək…

Rusiyanın neft emalı sənayesi Aİ-nin sanksiyaları səbəbindən hasilatı 15% azaldacaq.

PİA az xəbər verir ki, bu barədə Qərbin nüfuzlu Reuters Agentliyi bu barədə Rusiyadakı yüksək vəzifəli mənbələrə istinadən yazıb.

Rusiyanın neft sənayesi Kremlin hərbi avantüralarına görə tarixinin bəlkə də ən pis dövrünü yaşayır. Fevral ayında Aİ-də Rusiya neft məhsullarına embarqo da qüvvəyə minəcək və bu, Rusiyanın bütün neft emalı kompleksinin işinə təsir edəcək”, deyə mənbə Reuters-ə bildirib.

Qeyd edək ki, keçən il Avropa Rusiya xam neftinə embarqo qoyub və bu sanksiya Rusiyanın neft bazarında tamamilə çökməyinə səbəb olub. Fevralda Rusiya neft məhsulları, benzin, dizel yanacağı, kerosin, mazut və s. Qərb tərəfindən qadağan olunacaq.

Reuters yazır ki, 2023-cü il 120 minə yaxın rusiyalının çalışdığı Rusiya neft emalı zavodları üçün çox çətin il olacaq. Onlar hasilatı 15% azaltmağa məcbur olacaqlar cə bu, təkcə Rusiyanın büdcəsinə daxilolmaların azalmasına deyil, həm də ölkədə işsizliyin artmasına səbəb olacaq.

“Fakt budur ki, son onilliklərdə Rusiya üçün əsas olan Avropa bazarı idi. İndi Ukraynaya qarşı müharibəyə görə hər şey məhv edilib. Asiya bazarı isə Rusiyanın təklif etdiyi həcmləri qəbul etməyə hazır deyil, artıq həddən artıq doyub. “Kölgə Donanması” çətin ki, Rusiyaya sanksiyalardan yan keçməyə kömək etsin”, deyə Reuters-in mənbəsi bildirib.

Sanksiyalardan əvvəl Rusiya ildə təxminən 1,2 milyon barel neft məhsulları ixrac edirdi. Avropa bazarının itirilməsi ilə əlaqədar ekspertlərin hesablamalarına görə, 2023-cü ilin 1-ci rübünün sonuna qədər bu göstərici təxminən 5 dəfə aşağı düşəcək. Rusiya da öz ərazisində neft məhsullarını cəmləşdirə bilməyəcək, çünki bunun üçün kifayət qədər anbarları yoxdur.

Rusiya “neft sənayesi” üçün yeganə variant tezliklə xam neftin Asiyaya satılması ola bilər. Bununla belə, Asiya bazarında Rusiyaının enerji məhsullarını yalnız böyük endirimlərlə almağa hazırdırlar. Bu yaxınlara qədər neftin Rusiyanın federal büdcəsinin ən böyük gəlir mənbəyi idi, indi isə bu axın sürətlə quruyur.

Reuters qeyd edir ki, Rusiyanı qarşıda maliyyə baxımından çətin illər gözləyir. Xüsusən də Ukraynaya qarşı təcavüzkar müharibəyə külli miqdarda pul xərcləməkdə davam edərsə Rusiyanın iqtisadi çöküşü qaçılmaz olacaq.

Tərcümə PİA.az-a aiddir

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda sabiq nazir hər ay mənimsədiyi pulların miqdarını açıqladı

MSK Ramin Məmmədovun deputat səlahiyyətlərinə xitam verib - Yenilənib

Ağcabədidə qadın qətlə yetirilib, qaynı saxlanılıb - Yenilənib

Prezidentin sərəncamı 3000-ə yaxın şəxsə şamil olunacaq

Rusiya 15 ukraynalı əsir hərbiçini edam edib - Human Rights Watch bu cinayətləri təsdiqləyib...

Dini liderlər Füzuli şəhərində olublar - Yenilənib

66 konqresmen Azərbaycana qarşı sanksiyalar tətbiq etmək təklifi ilə çıxış edib...

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu başa çatıb - Yenilənib  

Dostunun 14 yaşlı qızını qaçıran kişi həbs olundu

AAYDA: "Koroğlu" metro stansiyasına qədər yeni avtomobil yolunun tikintisinə başlanılır - Video

Altı körpənin yanaraq ölməsində təqsirləndirilən Mehriban Abasquliyevaya yenidən vəzifə verilir? - Açıqlama

Ən çox oxunanalar