Ötən ay ərzində Rusiyanın qərb limanları vasitəsilə daşımaların həcmi ilk dəfə olaraq fevral ayı ilə müqayisədə xeyli azalıb...
Poliqon xəbər verir ki. bu barədə Bloomberg Agentliyinin məlumatında bildirilir. Agentlik yazır ki, həftə ərzində Rusiyadan dəniz yolu ilə neft daşınmalarının həcmi sutkada 2,86 milyon barelə qədər azalıb. Bu, əvvəlki həftə ilə müqayisədə gündəlik 1 milyon barel azdır.
Bloomberg qeyd edir ki, neft ixracının həcminin azalması Kremlin ixrac rüsumlarından keçən həftə gəlirlərini kəskin aşağı salıb ki, bu da ötən həftəyə nisbətən 29% təşkil edib.
Bloomberg0n yazdığına görə Asiyadakı Rusiya müştərilərinə orta dörd həftəlik neft tədarükü, eləcə də son təyinat yeri olmayan gəmilərdə tədarüklər gündə 2,93 milyon barelə qədər azalıb. Bu, yanvarın ortalarından bəri ən aşağı göstəricidir.
Poliqon.info