Ukraynanın 47-ci mexanikləşdirilmiş "Maqura" briqadasının döyüşçüləri Rusiyanın Ka-52 hücum helikopterini vurub...
Poliqon briqadanın mətbuat xidmətinə istinadən xəbər verir ki, helikopter Zaporojyenin Rabotino kəndi yaxınlığında vurulub.
"Təxminən saat 07:40-da zenit-raket və artilleriya batalyonunun atəş qrupu düşmənin "Alliqatoru"nu aşkar edib. MANPADS-dən bir atışla hədəf məhv edilib. Qırıcılarımız artıq səkkizinci Ka-52-ni həmişəlik yerə endiriblər", deyə məlumatda deyilir.
Bir Ka-52-nin qiymətinin 16 milyon dollar olduğu qeyd edilir.
Poliqon.info