Bazar, 05 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Rusiya Qərbə qalib gəlsə, MDB Sovet İttifaqına çevriləcək”


Bu gün Minskdə MDB Dövlət Başçıları Şurasının iclası keçiriləcək


Ukrayna Xarici İşlər Nazirliyinin spikeri Yevgeni Perebiynes mətbuata açıqlamasında bildirib ki,  MDB bu günə qədər Ukraynaya heç bir dəstək verməyib, orada iştirak edən ölkələr də bundan nəticə çıxarmalıdır. Y. Perebiynes Ukrayna hökumətinin MDB-nin iclaslarında iştirak etməməsinin, bu iclaslarda iştirak edən ölkələrə bir mesaj olduğunu vurğulayıb.

Məsələ ilə bağlı politoloq Vəfa Quluzadə Aktual.az-a açıqlamasında deyib ki, Rusiya Ukraynada qələbə çalsa, MDB Sovet İttifaqına çevriləcək:

“Əgər Rusiya Amerika və Avropaya qalib gəlib, Ukraynada qələbə çalsa, MDB Sovet İttifaqına çevriləcək.  Amma bütün bunlar fantaziyadır. Belə bir vəziyyət ola bilməz. MDB yaxın vaxtlarda dağılacaq. Neftin qiyməti düşən kimi Rusiyanın problemləri elə həddə çatacaq ki, MDB yadına düşməyəcək. O zaman, üzv ölkələr daxil olmaqla, biz də, MDB-ni ləğv edəcəyik”.

V. Quluzadə qeyd edib ki, MDB, üzv ölkələrin heç birinə xeyir verməyib:

“Mən 1999-cu ilə qədər MDB-nin bütün sammitlərində, eyni zamanda, Leonid Kuçmanın apardığı iclasların hamısında iştirak etmişəm. Tam əminliklə deyirəm ki, MDB, üzv ölkələrin heç birinə xeyir verməyib. Bu günə qədər onun əsas işi o olub ki, Rusiyanın  fövqəlmillət struktur yaratmasına müqavimət göstərilib və buna imkan verilməyib. Ukraynanın rəhbərliyi altında biz də buna nail olmuşuq. Çünki Ukrayna, MDB-nin ən güclü, ən avtoritetli ölkəsi kimi, Rusiyanın MDB-ni Sovet İttifaqına çevirmək arzularına müqavimət göstərib, biz də onların arxasınca getmişik. İndi Ukrayna, tam haqlı olraq, MDB-də iştirak etmir, bizə də mesaj göndərir ki, onun yolu ilə gedək. Biz də gələcəkdə belə edəcəyik. Baxaq görək, bu gələcək yaxın olur, ya uzaq”.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Green card” müraciətlərinin nəticələri açıqlandı - Yenilənib

Şəkidə qətl hadisəsinin təfərrüatları məlum olub - Yenilənib

Azərbaycanda ilin ortalarında büdcə proqnozlarına yenidən baxıla bilər

Azərbaycan və Türkiyə XİN başçıları qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər - Yenilənib

İsa Qəmbər yenidən Müsavat Partiyasının başqanı seçilib

Azərbaycan Premyer Liqası: "Qarabağ" "Neftçi"ni böyük hesabla məğlub edib

Kreml Ukraynanın keçmiş prezidentini axtarışa verib

Ukrayna XİN Rusiyanın Zelenskini axtarışa verməsinə münasibət bildirib

Ən çox oxunanalar