Çərşənbə, 01 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiya ilə Gürcüstan arasında danışıqlar bərpa olunur

Gürcüstan Rusiya ilə iqtisadi və humanitar sahələrdə əməkdaşlıq barədə dialoqu davam etdirmək niyyətindədir

Belə bir açıqlama ilə Gürcüstan baş nazirinin Rusiya ilə münasibətlər üzrə xüsusi nümayəndəsi Zurab Abaşidze çıxış edib. O deyib ki, Gürcüstanın Qərb tərəfdaşları da Moskva ilə danışıqların davam etdirilməsini məqsədəuyğun hesab edirlər: “Moskva ilə humanitar və iqtisadi sahələrdə danışıqları davam etdirmək çox vacibdir. 2018-ci ildə iki ölkə arasında danışıqlarda müsbət nəticələr olub. İqtisadi münasibətlər inkişaf edib, ticarət dövriyyəsi xeyli artıb. Danışıqların növbəti mərhələlərində də Gürcüstan şirkətlərinin maraqlarını müdafiə edəcəyik və çalışacağıq ki, bu ildə danışıqlar problemsiz davam etsin”.

Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin də ötən ilin sonlarında bəyan etmişdi ki, 2019-cu ildə Zurab Abaşidze ilə görüşləri davam etdirmək niyyətindədir. O, bu görüşlərin Yeni il və Milad bayramlarından sonra davam etdirələcəyini demişdi.

AzərTAc bildirir ki, görüşün dəqiq vaxtı və yeri barədə hələlik məlumat verilməsə də, yaxın vaxtlarda Praqada keçiriləcəyi gözlənilir.

Qeyd edək ki, iki ölkə arasındakı diplomatik münasibətlər 2008-ci ilin məlum avqust hadisələrindən sonra dayandırılıb.

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Coşqun Əliyev daha yüksək vəzifəyə gətirilir - İddia

Növbəti köç karvanı Laçına çatıb, açarlar təqdim olunub - Yenilənib

Bu il Azərbaycandan Həcc ziyarətinə səfərin vaxtı açıqlanıb

ABŞ-da atışma nəticəsində 3 polis əməkdaşı ölüb, 5-i yaralanıb

Bakıda I və II Şəhidlər xiyabanında tanınmadan dəfn edilən 13 nəfərin şəxsiyyəti müəyyənləşib - Siyahı    

Maskın sərvəti “Baidu” ilə əməkdaşlıq fonunda 37 milyard dollar artıb

Əli Mirəliyev: “Kişi botoks etdirməz, saçına rəng qoymaz” - Video    

ABŞ "Qiyamət təyyarəsi"ni göstərdi: İlk olaraq prezidenti xilas edəcək - Foto

Ən çox oxunanalar