Bazar, 05 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Riçard Almeyda Millətlər Liqasında hamını qabaqladı

Millətlər Liqasının IV turunun oyunlarından sonra UEFA yeni statistik göstəriciləri açıqlayıb

PİA,AZ report.az-a istinadən xəbər verir ki, Malta ilə qarşılaşmanın ardından Azərbaycan milli komandasının futbolçusu Riçard Almeyda dəqiq ötürmə sayında liderliyə yüksəlib. O, 1:1 hesablı heç-heçə etdikləri matçda 83 dəqiq ötürmə verib. Beləliklə, 30 yaşlı yarımmüdafiəçi keçirdiyi 4 oyunun yekununda 298 ötürmə ilə birinci pillədə qərarlaşıb.

Azərbaycan yığmasının digər üzvü Qara Qarayev bu göstəricidə 276 ötürmə ilə ikinci yerdədir. 26 yaşlı yarımmüdafiəçi Malta ilə matçda 75 dəqiq ötürmə verib.

Millinin digər rəqibi Kosovo yığmasının üzvü Herolind Şala isə 253 ötürmə ilə ilk "3-lüy"ü qapayır.

Malta yığmasından Endryu Hoqq və San-Marinonun qapıçısı Elia Benedettini "seyv" sayında zirvədədirlər. Onlar 24 dəfə komandalarını qoldan xilas ediblər.

Bombardirlər siyahısına belçikalı Romelu Lukaku ilə serbiyalı Aleksandar Mitroviç başçılıq edir. Onlar hərəyə 4 qol vurublar.

Ən çox qol ötürməsi edənlərin siyahısında ispaniyalı Marko Asensio 1-cidir. O, komanda yoldaşlarının qol vurmasına 4 dəfə bilavasitə yardımçı olub. Bolqarıstanlı Straxil Petrov 3 qol ötürməsi ilə 2-ci yerdədir.

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Green card” müraciətlərinin nəticələri açıqlandı - Yenilənib

Şəkidə qətl hadisəsinin təfərrüatları məlum olub - Yenilənib

İlham Əliyevdən Xankəndi ilə bağlı sərəncam 

İsa Qəmbər yenidən Müsavat Partiyasının başqanı seçilib

Azərbaycan və Türkiyə XİN başçıları qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər - Yenilənib

Əhmədbəyli-Füzuli-Şuşa yolunun son görüntüləri - Video

"Yelo Bank"dan şikayət: "Əsəbinizi korlamaq istəmirsizsə, bu bankdan uzaq durun" 

Azərbaycanda ilin ortalarında büdcə proqnozlarına yenidən baxıla bilər

FIFA prezidenti futbol qaydalarında daha bir dəyişiklik etməyə hazırlaşır

Yevgeni Jukov: "Azərbaycanda neft hasilatının azalması iqtisadi artıma əhəmiyyətli təsir edib"

Ən çox oxunanalar