Cümə, 13 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Reuters”: “Türkiyə Kabil aeroportuna nəzarətdən imtina edir”

Türkiyə Kabil aeroportunun idarəçiliyini üzərinə götürmək niyyətindən imtina edib, amma “Taliban”a  əgər müvafiq sorğu daxil olarsa, texniki təminat və təhlükəsizliyin təmin olunmasında kömək göstərməyə hazırdır.

Bu haqda “Reuters” ötən gecə Türkiyənin təhlükəsizlik qüvvələrindəki mənbələrə istinadən bildirib.

“Əgər “Taliban” xahiş edərsə Türkiyə aeroportun təhlükəsizliyinin təmin edilməsində kömək göstərməyə hazırdır”, deyə mənbə deyib. Onun sözlərinə görə, hazırda hökm sürən “tam xaos” şəraitində Türkiyə hərbçilərinin aeroportun idarə edilməsi prosesini üzərlərinə götürməsi prosesi avtomatik olaraq dayanıb.

Xatırladaq ki, Kabil aeroportunun təhlükəsizliyinin təmin edilməsində Türkiyə hərbçiləri ilə yanaşı Azərbaycanın 120 nəfərlik sülhməramlı kontingenti də iştirak edir.

Hələlik Türkiyə tərəfi Kabil aeroportuna nəzarət məsələsində öz qərarını rəsmən elan etməyib. Bununla belə ötən gün axşam müdafiə naziri Hulusi Akar Kabil aeroportu ətrafında yaranmış vəziyyət və Əfqanıstandakı Türkiyə kontingenti ilə bağlı xüsusi müşavirə keçirib. Baş qərargah rəisi, ordu generalı Yaşar Güler və Hərbi Hava qüvvələrinin komandanı, ordu generalı Hasan Küçükakyüzün də iştirak etdiyi toplantıya Əfqanıstandakı Türkiyə kontingentinin komandanı da videokonfrans yolu ilə qatılıb.

Xatırladaq ki, ABŞ Əfqanıstandan öz qoşunlarını çıxarmağa başlayanda Kabil aeroportunun təhlükəsizliyinin təmin edilməsini Türkiyəyə təklif etmişdi. Prezident Ərdoğan bu təklifə müsbət yanaşmışdı və bildirmişdi ki, ABŞ maliyyə dəstəyi versə Türkiyə Kabilə əlavə kontingent yerləşdirməyə və aeroporta nəzarəti üzərinə götürməyə hazırdır. (virtualaz.org)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Yeməklərdən sonra çay və ya kofe içənlərin nəzərinə!

“Məni uzaqlaşdırmaq üçün səsvermə keçirirlər” - Ramiz Rövşənin oğlu

Onların dairəsində 6 məntəqənin nəticələri ləğv edildi - Rəsmi

Politoloq: Rusiya bu durumda nüvə silahı işlətməkdən çəkinməyəcək...

Bin Ladeni öldürən dəstə bu ölkədə müharibəyə hazırlaşır

Tramp və Harrisin İsrail sevgisi... - Qəzzada baş verənlər fonunda bu utancverici deyilmi?

Kreml Ərdoğanın Krımla bağlı mövqeyinə münasibət bildirib

Şamaxıda ər-arvad bıçaqlanıb, biri ölüb: cinayət işi açılıb - Yenilənib

İsmayıl Haniyənin ölümü İranın maraqlarına uyğun olub?

Ən çox oxunanalar