Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin SOCAR Ekologiya İdarəsinin dövlətə vergi borcu daha 1 milyon manat artıb.
32gun.az-ın məlumatına görə, 1 ay bundan öncə 4 milyon manatdan çox (4040670.28 AZN) borcu olan idarənin hazırki borcu 5 milyon manatdan çoxdur (5057366.24AZN).
Nizamnamə kapitalı 835 min 444 manat olan idarənin qanuni təmsilçi Azər Əliyev Həsən oğludur. Ancaq SOCAR Ekologiya İdarəsinin kuratoru Rəfiqə Hüseynzadədir.
Belə ki, Rəfiqə Hüseynzadə SOCAR-da ekologiya üzrə vitse-prezidentdir.
Maraqlıdır Azərbaycanda ən yüksək gəlir yeri olan bu şirkətin idarəsinin dövlətə borcu nədən yaranr? Rəfiqə Hüseynzadə ona tapşırılan idarənin dövlətə olan borcunu niyə umursamır?
Xatırladaq ki, 32gun.az Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin SOCAR Ekologiya İdarəsinin dövlətə 4 milyon manatdan çox (4040670.28 AZN) vergi borcu olması barədə məlumat vermişdi .
pia.az