Bazar, 05 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Real” yetirmələrinin satışından 246 milyon qazanıb - Siyahı

“Real” son illər yetirmələrinin satışından yaxşı gəlir əldə edib... 

Qol.az-ın xəbərinə görə, bu fakt “Marca” qəzetinin araşdırması nəticəsində üzə çıxıb.

Məlumata görə, bu sahədə əldə edilən gəlir kəskin şəkildə artıb. Bu göstəricini klubun tarixində bir ilk də saymaq olar. Söhbət xüsusən Alvaro Morata, Markos Lyorente, Xese, Raul de Tomas və Əşraf Hakimidən gedir.

Morata onların sırasında ən bahalı transferdir. O, 2017-ci ildə 66 milyon avroya “Çelsi”yə keçib. Sonrakı yerləri Hakimi (“İnter” - 40+5 milyon avro), Lyorente (“Atletiko - 30 milyon avro), Xese (PSJ - 25 milyon avro) və Tomas (“Benfika” - 20+2 milyon avro) tutur.

Bundan başqa, “Real” akademiyasının yetirməsi olan bızi futbolçularının satışından da nisbətən kiçik gəlir əldə edib. Denis Çerışev “Valensiya”ya 7 milyon, Mariano Dias “Lion”a 8 milyon, Dieqo Lyorente isə “Real Sosyedad”a 7 milyon avroya satılıb. Müdafiəçi Oskar isə “Şalke”yə 10 milyon avroya transfer olunub.

Bildirilir ki, ümumilikdə bu və digər futbolçuların da transferi daxil olmaqla, 2016-cı ildən bəri “Real” təkcə öz yetirmələrinin satışından 246 milyon avro gəlir əldə edib.

pia.az 


Etiket: Real


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Green card” müraciətlərinin nəticələri açıqlandı - Yenilənib

İlham Əliyevdən Xankəndi ilə bağlı sərəncam 

Şəkidə qətl hadisəsinin təfərrüatları məlum olub - Yenilənib

Əhmədbəyli-Füzuli-Şuşa yolunun son görüntüləri - Video

"Yelo Bank"dan şikayət: "Əsəbinizi korlamaq istəmirsizsə, bu bankdan uzaq durun" 

İsa Qəmbər yenidən Müsavat Partiyasının başqanı seçilib

FIFA prezidenti futbol qaydalarında daha bir dəyişiklik etməyə hazırlaşır

Azərbaycan və Türkiyə XİN başçıları qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər - Yenilənib

Yevgeni Jukov: "Azərbaycanda neft hasilatının azalması iqtisadi artıma əhəmiyyətli təsir edib"

Ən çox oxunanalar