Bazar ertəsi, 07 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Real islahatsız…

Respublikaçı Alternativ Partiyasının sədri İlqar Məmmədov iki statistik göstəriciyə diqqət çəkib. Novator.az-ın məlumatına görə, siyasətçi yazır ki, rəsmi statistikaya əsasən, 20210-ci ilin ilk üç ayı ərzində iqtisadiyyatda orta əməkhaqqı 4,2 faiz azalıb, qiymətlər 4 faiz artıb: “Bu rəqəmlər bazarda əmək qüvvəsinin ucuzlaşması, mal və xidmətlərin bahalaşması xəbəri verən çox ümumi göstəricidir. Konkret əhali qruplarına və konkret mal-xidmətlərə gəldikdə, vəziyyət sosial baxımdan daha çox ağırlaşıb.

Səbəb Yeni Azərbaycan Partiyası hakimiyyətinin iqtisadi düşüncəsinin çevik olmaması, yüksək qruplaşmalar arasında var-dövlət davasını bizə iqtisadi islahat adı ilə təqdim etməsidir.

Qalib ölkədə orta aylıq əməkhaqqı niyə azalsın? Hərbi qələbə iqtisadiyyatımıza yerli və xarici sərmayədarların inamını artırmalı deyildimi? Bəs niyə artırmadı?

Biri var dövlətin təyin etdiyi maaş və pensiyalar – onları inzibati qaydada cüzi artırıb bayram edə bilərsən. Amma bazarı götürəndə, o, maaşları aşağı dartır. Bunun necə bir bataqlıq olduğunu hakim partiya anlamırsa, bizim partiyadan soruşsun. Neft-qaz gəlirlərinin zəmanəsi qurtarır. Yeni iqtisadi zəmanəyə keçidin sosial yükünü real islahatsız daşımaq hökumət üçün çox ağır olacaq”.

Dövlət Statistika Komitəsinin hesabatına görə, 2021-ci ilin yanvar-mart aylarında ölkə iqtisadiyyatında orta aylıq nominal əməkhaqqı əvvəlki ilin ilk rübünə nisbətən 4,2 faiz azalaraq 713,2 manat olub.

Başqa hesabatlara əsasən, əhalinin nominal gəlirləri dörd ayda 2020-ci ilin yanvar-aprel ayları ilə müqayisədə 1,1 faiz azalıb, istehlak qiymətləri 4 faiz yüksəlib.

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Səhər edilən bu səhv xərçəng riskini artırır - Alimlər açıqladı

Xaricdə ali təhsil almış şəxslər peşə tanınması imtahanı veriblər - Yenilənib

Üç bürc üçün inanılmaz xoşbəxt bir mərhələ başlayıb

Mayis Bərxudarov komandan vəzifəsindən çıxarıldı - Foto

Mayis Bərxudarov vəzifəsindən azad edildi və dərəncama göndərildi

İsrailin İrana müdaxiləsi ən çox Putinə lazımdır

Pensiya alanlara şad xəbər - 2 yerdən pul ala biləcəklər - Video

Üzeyir Mehdizadə kimdir? Haralıdır və neçə yaşı var? - Şəxsi həyatını sirr saxlayır...

Bakı yollarının zolaqlı problemi: Çıxış yolu nədir?

İsrailin məktəb və məscidə hava zərbələri nəticəsində 24 nəfər öldü, 93 yaralı var

Buzovnada ata və oğlu qonşularını bıçaqlayıb, ölən və yaralılar var - Yenilənib

Ən çox oxunanalar