Bazar, 05 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Razılaşma son anda pozulub? – Bakıdan Yerevana “əsir” aparmalı olan təyyarə niyə sərnişinsiz uçdu…

İlham Əliyevi Putinlə söhbət qane etməyib, yaxud Ermənistan son anda razılaşmanı pozub. “Əsir” məsələsi ətrafında baş verənlər bu iki fərqli nəticəni ortaya çıxarır”.

Bunu siyasi icmalçı Asif Nərimanlı deyib. O qeyd edib ki, hazırda maraqlı proseslər gedir: “Dünən saat 20:46-də Prezidentin mətbuat xidməti İlham Əliyevlə Putinin telefon söhbəti haqda məlumat yaydı: tərəflər Qarabağ ətrafındakı vəziyyəti müzakirə edib. 22:16-da “Sputnik armenia” bir qrup “hərbi əsir”in İrəvan yolunda olduğu xəbərini yaydı, 22:47-də Ermənistan tərəfi təyyarənin boş qayıtdığını açıqladı. Xəbər axını müəyyən ehtimallar irəli sürməyə imkan verir.

Mümkündür ki, Bakı şərtlərinin bir qisminin yerinə yetirilməsi qarşılığında “əsirlərin” bir neçəsini verməyə razı olub. Moskva görüşündən sonra Rusiya baş prokuroru İqor Krasnovun İrəvanda Paşinyanla görüşü, ardınca Əliyevin görüşünə gəlişi də bununla bağlı olub. Lakin son anda qərar dəyişdirilib”.

A.Nərimanlı bildirib ki, ilk versiyaya görə, İlham Əliyev Putinlə telefon söhbətindən mənmun olmayıb: “Rusiya “İsgəndər – M” məsələsinə, o cümlədən, 10 noyabr razılaşmasının 4-cü bəndinin yerinə yetirilməsinə lazımi həssaslıq göstərmir və Bakı qərarından vaz keçərək, təyyarəni boş göndərir, hərçənd, xəbər axının zamanı bu versiyanı zəiflədən məqamlardandır. Əliyevlə Putinin söhbətindən sonra “əsir”lərin qaytarılması xəbəri yayıldı, ardınca təyyarə boş qayıtdı.

İkinci versiya, Putin Paşinyanla məsələləri razılaşdırır, ardınca Bakının şərtlərinin (indiki halda bu şərtin erməni qoşunlarının çıxarılması olması ehtimalı öndədir) yerinə yetirilməsi qarşılığında “əsir”lərin bir qisminin qaytarılması məsələsini Əliyevlə müzakirə edir. Prezidentin mətbuat xidmətinin yaydığı informasiyanın mətni Əliyevlə Putinin söhbətinin müsbət məcrada keçdiyi fikrini gücləndirir. Bakıda olan təyyarə İrəvana uçmağa hazırlaşır, lakin son anda Ermənistan tərəfi Bakının qərarını dəyişdirəcək, həm də ümumi razılaşmanı pozacaq addım atır.

Hələki ehtimallar bu yöndədir, hərçənd, “nə baş verib” sualı qaranlıq olaraq qalır. Bu kontekstdə Qarabağdan gələcək xəbərlər və qarşıdakı günlərdə baş verən proseslər məsələyə aydınlıq gətirməyə kömək edə bilər”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Green card” müraciətlərinin nəticələri açıqlandı - Yenilənib

Şəkidə qətl hadisəsinin təfərrüatları məlum olub - Yenilənib

İlham Əliyevdən Xankəndi ilə bağlı sərəncam 

İsa Qəmbər yenidən Müsavat Partiyasının başqanı seçilib

Azərbaycan və Türkiyə XİN başçıları qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər - Yenilənib

Əhmədbəyli-Füzuli-Şuşa yolunun son görüntüləri - Video

"Yelo Bank"dan şikayət: "Əsəbinizi korlamaq istəmirsizsə, bu bankdan uzaq durun" 

Azərbaycanda ilin ortalarında büdcə proqnozlarına yenidən baxıla bilər

FIFA prezidenti futbol qaydalarında daha bir dəyişiklik etməyə hazırlaşır

Ən çox oxunanalar