Cümə, 10 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rasim Quliyevin həbs müddəti uzadılıb

Bakı Şəhər İcra Hakimiyyətinin sabiq Aparat rəhbəri Rasim Quliyevin həbs müddəti daha 3 ay artırılıb.

R.Quliyevin qardaşı, “Səs” qəzetini baş redaktoru Bəhruz Quliyev “Report”a bildirib ki, bu barədə qərar iyunun 26-da Binəqədi Rayon Məhkəməsinin hakimi Abbas Rzayevin sədrliyi ilə keçirilən prosesdə qəbul edilib.

Onun sözlərinə görə, R.Quliyev həbs qətimkan tədbirinin ləğv olunması ilə bağlı apellyasiya şikayəti verib. Məhkəmənin vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, aprelin 5-də Baş Prokurorluq Bakı Şəhər İcra Hakimiyyətinin sabiq Aparat rəhbəri Rasim Quliyevin həbsi ilə bağlı məlumat yayıb.

"Ölkəmizdə həyata keçirilən genişmiqyaslı sosial və iqtisadi islahatlar nəticəsində inşaat sektorunun inkişafı üçün yaradılmış münbit və əlverişli şəraitdən sui-istifadə və korrupsiya hüquqpozmalarına yol verilməsi hallarına qarşı prokurorluq orqanları tərəfindən kompleks tədbirlərin görülməsi davam etdirilir.

Belə ki, paytaxtın Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi 141 ünvanında yerləşən yaşayış binalarının, habelə yerli əhəmiyyətli mədəniyyət abidəsi kimi dövlət tərəfindən mühafizə olunan yaşayış evinin sökülməsi və yeni yaşayış binalarının tikintisinə dair “FF-2011” Mənzil Tikinti Kooperativinə qanunsuz icazə verilməsi faktı ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanmaqla istintaqı aparılır.

Aparılan istintaqla Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH ) başçısının müavini vəzifəsi üzrə səlahiyyətlərinin icrası həvalə edilən BŞİH başçısının Aparat rəhbəri vəzifəsində işləyən Quliyev Rasim Vaqif oğlunun təşkilati-sərəncamverici funksiyaları yerinə yetirən vəzifəli şəxs kimi qanunsuz üstünlük əldə etmək məqsədilə BŞİH başçısının Nəsimi rayonu ərazisində ofis və yaşayış binalarının tikilməsinə dair 31 may 2018-ci il tarixli 346 nömrəli sərəncamını şəxsən imzalamasına, bununla da sözügedən MTK-nın həmin ərazidə 1893-cü ildə inşa edilmiş yerli əhəmiyyətli tarix və mədəniyyət abidəsi kimi dövlət tərəfindən mühafizə olunan yaşayış evinin olmasını nəzərə almadan ayrı-ayrı fiziki şəxslərə məxsus olan mənzillərin, yaşayış və qeyri-yaşayış sahələrinin qanunsuz olaraq söküntüsünə başlamasına, habelə tikinti və söküntü işlərinin aparılmasının digər əsas şərtlərinin pozulmasına səbəb olmasına əsaslı şübhələr müəyyən olunub".

"Qeyd edilənlər nəzərə alınmaqla Rasim Quliyevə Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 314-2.3-cü (qanunla müəyyən olunmuş qaydaları pozmaqla tikinti və ya quraşdırma işlərinin aparılmasına icazə vermə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham elan edilmiş və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qusar meşəsindən bu görüntü yayıldı, polis hərəkətə keçdi - Foto

Aytən Səfərova Xəzər TV-dən uzaqlaşdırılıb?

Şuşaya yeni həyat verilir: İlk köçün həyəcanı yaşanır - Video

Ermənistanda delimitasiya əleyhinə yürüş edənlər İrəvana çatıblar - Video

Bir qrup incəsənət xadiminə Prezident mükafatları veriləcək - Sərəncam

İlham Əliyev bir qrup mədəniyyət xadiminə Azərbaycan Prezidentinin təqaüdünün verilməsi barədə sərəncam imzalayıb

İki övladını küçəyə atan ananın üçüncü övladı da əlindən alındı - Açıqlama

Bakıda beşmərtəbəli binada təhlükəli vəziyyət: RİH-in razılığı ilə zirzəmini mənzil etdilər - Foto

Ən çox oxunanalar