Bazar, 05 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qubanın altı kəndinə qaz verilib - Video

Bu gün Quba rayonunun 6 kəndinə "mavi yanacaq" verilib...

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən “Report”a verilən məlumata görə, bu münasibətlə Qonaqkənd kəndində təşkil olunan tədbirdə Quba rayonunun İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev, “Azəriqaz”ın baş direktoru Ruslan Əliyev, millət vəkili Vahid Əhmədov və digər qonaqlar, sakinlər iştirak ediblər.

Azəriqaz”ın baş direktoru Ruslan Əliyev çıxışında qeyd edib ki, bölgələrdə aparılan qazlaşma işləri Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi sosial siyasətin tərkib hissəsidir. Məhz dövlət başçısının tapşırıqları əsasında ölkənin hər yerində, o cümlədən Qubanın ucqar kəndlərində də qaz çəkilişləri yüksək səviyyədə icra olunur.

Qeyd edək ki, Quba rayonunun 6 kəndində ümumilikdə 948 fərdi evə qaz çəkilişi başa çatıb. Kunxırt kəndində 51, Xırt kəndində 21, Atuc kəndində 3, Qonaqkənd kəndində 274, Təngəaltı kəndində 383, Afurca kəndində isə 209 evə fərdi qaz tənzimləyici və məişət tipli qaz sayğacları quraşdırılıb. Görülən işlər bu il üçün qəbul edilmiş regionlarda qazlaşdırma işlərinin sürətləndirilməsinə dair dövlət proqramı əsasında həyata keçirilib. Ümumilikdə, 114 300 metrdən çox müxtəlif diametrli daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib.

pia.az

Fotolar




Etiket: Azəriqaz Quba

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Green card” müraciətlərinin nəticələri açıqlandı - Yenilənib

İlham Əliyevdən Xankəndi ilə bağlı sərəncam 

Şəkidə qətl hadisəsinin təfərrüatları məlum olub - Yenilənib

Əhmədbəyli-Füzuli-Şuşa yolunun son görüntüləri - Video

"Yelo Bank"dan şikayət: "Əsəbinizi korlamaq istəmirsizsə, bu bankdan uzaq durun" 

İsa Qəmbər yenidən Müsavat Partiyasının başqanı seçilib

FIFA prezidenti futbol qaydalarında daha bir dəyişiklik etməyə hazırlaşır

Azərbaycan və Türkiyə XİN başçıları qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər - Yenilənib

Yevgeni Jukov: "Azərbaycanda neft hasilatının azalması iqtisadi artıma əhəmiyyətli təsir edib"

Ən çox oxunanalar