Şənbə, 04 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qubad İbadoğlu: “Azərbaycan hökuməti hazırkı iqtisadi kursundan geri çəkilməlidir”

BVF-nin Azərbaycanla bağlı narahatedici proqnozu reallaşa bilər? Hesabata görə yaxın 5 il müddətində Azərbaycan iqtisadiyyatının inkişafı hiss olunacaq dərəcədə kiçiləcək...

İqtisadçı-alim: “Azərbaycanda indiki iqtisadi siyasət davam edəcəksə, Beynəlxalq Valyuta Fondunun proqnozu reallaşa bilər”.

Azərbaycan heç də şanslarını itirməyib. Hökümət iqtisadi kursunu nə qədər tez dəyişməyə başlanılsa, bir o qədər də tez nəticələr əldə edə bilər”.

Bu sözləri iqtisadçı-alim Qubad İbadoğlu Beynəlxalq Valyuta Fondunun Azərbaycanla bağlı açıqladığı proqnozu PİA.az-a şərh edərkən qeyd edib.

Beynəlxalq Valyuta Fondu (BVF) Azərbaycanın iqtisadi artım proqnozlarını əhatə edən “Dünya İqtisadi Baxış” hesabatının oktyabr sayını yayımlayıb. Hesabata görə, yaxın 5 il müddətində Azərbaycan iqtisadiyyatının inkişafı hiss olunacaq dərəcədə kiçiləcək, Ermənistan və Gürcüstan iqtisadiyyatı isə əksinə böyüyəcək. Ümumilikdə 2027-ci ildə digər iki Cənubi Qafqaz ölkəsinin iqtisadi artım tempinin Azərbaycan iqtisadiyyatını iki dəfəyə yaxın qabaqlaması ehtimal edilir.

BVF-nin bu hesabatını nə qədər doğru və obyektiv hesab etmək olar və bu hesabatdakı proqnozlar doğrudursa, Azərbaycan höküməti geriləməni necə önləyə bilər?

Beynəlxalq Valyuta Fondunun ölkəmiz üçün narahatedici hesabatını PİA.az-ın əməkdaşı iqtisadçı-alim Qubad İbadoğlu ilə müzakirə edib.

Qubad İbadoğlu: “Bu ilin 9 ayının yekunlarına görə Ermənistanda 11 faiz iqtisadi artım var, Azərbaycanda isə iqtisadi artım onun yarısı qədərdir”.

Beynəlxalq Valyuta Fondunun hesabatının doğru, obyektiv olduğunu düşünən iqtisadçı-alim PİA.az-a açıqlamasında onu da qeyd edib ki, indiki siyasətin üzərindən dəyərləndirmə aparılarsa, əgər iqtisadi siyasət dəyişikliyi baş verərsə, hökumət digər ölkələrlə, xüsusilə qonşu dövlətlərlə müqayisədə geriləmənin qarşısını ala bilər:

“Beynəlxalq Valyuta Fondunun oktyabrın 11-də açıqladığı bu hesabat ənənəvi hesabatdır. Onlar adətən növbəti dövrlər üçün proqnozlarını təqdim edirlər və yenilənən proqnozlarla çıxış edirlər.

Ancaq məsələ ondadır ki, Azərbaycanda indiki iqtisadi siyasət davam edəcəksə, Beynəlxalq Valyuta Fondunun proqnozu reallaşa bilər. Növbəti illər üzrə də proqnozlar onu göstərir ki, Azərbaycan növbəti illərdə Cənubi Qafqazda iqtisadi artım tempinə görə Ermənistan və Gürcüstanla müqaisədə geridə qalacaq. Amma hal-hazırda da Azərbaycan Ermənistanla müqaisədə geridədir. Yəni bu ilin 9 ayının yekunlarına görə Ermənistanda 11 faiz iqtisadi artım var, Azərbaycanda isə iqtisadi artım onun yarısı qədərdir. Beynəlxalq Valyuta Fondu bu tempi də əsas götürür.

Əslində, bu narahatlığı Beynəlxalq Valyuta Fondundan əvvəl Dünya Bankı “Azərbaycan Ölkə İqtisadi Memorandumu” adlı hesabatında açıqlayıb. Burada da onlar ölkənin həm keçən 30 ilinə, həm də növbəti 30 ilinə nəzər salıblar. 30 ilin nəticəsi əsasında növbəti 30 ilin dəyərləndiriblər. Bəlli olub ki, 2020-ci ildən 2050-ci ilə qədər olan dövrdə Azərbaycanda ümumiyyətlə adambaşına olan ümumi daxili məhsul cəmisi 11 faiz artacaq. Bu da orta hesabla, hətta 0.5 faizdən də aşağıdır. Bu artım Azərbaycanın inkişafdan geri qalması, yaxud da yerində sadalanması kimi dəyərləndirilə bilər.

Qubad İbadoğlu: “Azərbaycan iqtisadiyyatında, eyni zamanda ənənəvi enerji sektorundan alternativ enerji sektoruna, yəni qeyri-ənənəvi enerji sektoruna keçidə ehtiyac var”.

Hesab edirəm ki, Azərbaycan hökuməti hazırkı iqtisadi kursundan geri çəkilməlidir. Bildiyimiz kimi Azərbaycanın iqtisadi aparıcı xətti neft və qaz sektorudur. Neft və qaz sektorunu da növbəti illərdə prespektiv olaraq iqtisadiyyatın maliyyə təminatını indiki səviyyədə təmin etmək imkanları yoxdur. Buna görə də iqtisadiyyatın şaxələndirilməsinə ehtiyac var. Azərbaycan iqtisadiyyatında, eyni zamanda ənənəvi enerji sektorundan alternativ enerji sektoruna, yəni qeyri-ənənəvi enerji sektoruna keçidə ehtiyac var.

Eyni zamanda ən vacib məsələlərdən biri odur ki, Azərbaycan iqtisadiyyatında artımın əsasını təşkil edən neft, qaz rentaları və fiziki kapitalın mövcudluğunu əsas götürərək, biz artımda fiziki kapitalın rolunu aşağı salan yeganə insan kapitalının önə çəkilməsini təmin edək. Yəni insana dəyər verməklə məhsuldarlığın, xüsusilə də texnoloji, əmək məhsuldarlığının artırılması ilə buna nail olmaq olar. Bu da ancaq təhsil, təcrübə və sağlamlıq üzərində qurulan siyasətə söykənə bilər.

Hesab edirəm ki, Azərbaycan heç də şanslarını itirməyib. Hökümət iqtisadi kursunu nə qədər tez dəyişməyə başlanılsa, bir o qədər də tez nəticələr əldə edə bilər. Bu halda düşünürəm ki, Beynəlxalq Valyuta Fondunun hesabatı doğrudur, obyektivdir. Amma indiki siyasətin üzərindən dəyərləndirəndə, əgər siyasət dəyişikliyi baş verərsə, hökumət digər ölkələrlə, xüsusilə qonşu dövlətlərlə müqayisədə bizim geriləmənin qarşısını ala bilər”.

Nərminə UMUDLU
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Erməni baş prokurordan Kamil Zeynallı açıqlaması

Afaq Bəşirqızının məsləhəti qalmaqal yaratdı: Sevgi, yoxsa pul? - Video

İlon Maskdan ABŞ dolları ilə bağlı xəbərdarlıq - Foto

Keçmiş məcburi köçkünlər üçün inşa edilmiş mənzillər zəif satılır - Video

Ərdoğan: “Türkiyə siyasətində yumşalma prosesinə başlamaq istəyirəm”

Gədəbəydə məmurla kənd sakini arasında insident: Həbs olunan var

Arda Güler komanda yoldaşlarından şikayətlənib - Video

Türkiyədə artan inflyasiya Azərbaycanda hansı sahələrə təsir edir?

“Bavariya” və “Mançester Yunayted” arasında məşqçi mübadiləsi baş tuta bilər

Mişel ilə Kobaxidze arasında telefon danışığı olub: “Tarixi şansı qaçırmayın”

İlham Əliyevdən Xankəndi ilə bağlı sərəncam 

Ən çox oxunanalar