Çərşənbə, 01 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qorxunc proqnoz reallaşır: 200 milyon insan...

İqlim miqrasiyası artıq ABŞ-da başlayıb. Ancaq bunun üçün tələb olunan qiyməti ödəmək lazımdır.

Zəngin amerikalılar təbii fəlakətlərdən zərər çəkmiş bölgələri tərk edirlər.

Zənginlər təhlükəsiz ərazilərə gedərkən onların tərk etdikləri mənzilləri yoxsul əhali alır. Son araşdırmalara görə, ABŞ sakinlərinin təxminən yarısı ekstremal hava şəraiti səbəbindən köçməyi planlaşdırır. İnsan axınının lideri Kaliforniyadır. Burada yanğın və quraqlıq anomal hadisələrdən ilboyu müşahidə edilən hadisələrə çevrilib.

Kataklizmlər daşınmaz əmlak bazarını yenidən formalaşdırır. Amerikalıların 79 faizi təbii fəlakətlərin çoxaldığı ərazilərdə ev almayacaqlarını bildirib. Demək olar ki, eyni fazi nisbətində respondentlər həddindən artıq isti şəraitdə və ya dəniz səviyyəsinin yüksəldiyi bölgələrdə yaşamaq istəmirlər.

“2100-cü ilə qədər bütün Amerika sahillərinin su altında qalacağı güman edilir. Mayami-Deyt və ya Nyu-York kimi böyük şəhərlər suya qərq olacaq. Bu vəziyyətdə söhbət Amerikanın daxili ştatlarına köçmək məcburiyyətində qalan on milyonlarla insandan gedəcək”, – deyə politoloq-amerikaşünas Malek Dudakov deyib.

Şimali Amerika qitəsində köç yalnız daxillə bağlı deyil. Son bir il ərzində 1,5 milyon insan ABŞ sərhədini qanunsuz keçib. Misal üçün, uzağa getmək lazım deyil. Son miqrant qalmaqalı Haitidən qaçqın axını səbəbindən başlayıb. Ağ Evin onları deportasiya etmək qərarı hüquq müdafiəçilərinin sərt tənqidinə səbəb olub.

Alimlər iqlim faktorunun getdikcə daha çox insanları yerdəyişməyə məcbur etdiyini düşünürlər. BMT-nin bu həftə yayılan hesabatında 2050-ci ilə qədər planetdəki iqlim miqrantlarının sayının 200 milyonu keçəcəyi bildirilir.(musavat.com)

pia.az 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Coşqun Əliyev daha yüksək vəzifəyə gətirilir - İddia

Növbəti köç karvanı Laçına çatıb, açarlar təqdim olunub - Yenilənib

ABŞ-da atışma nəticəsində 3 polis əməkdaşı ölüb, 5-i yaralanıb

Bu il Azərbaycandan Həcc ziyarətinə səfərin vaxtı açıqlanıb

Bakıda I və II Şəhidlər xiyabanında tanınmadan dəfn edilən 13 nəfərin şəxsiyyəti müəyyənləşib - Siyahı    

Maskın sərvəti “Baidu” ilə əməkdaşlıq fonunda 37 milyard dollar artıb

ABŞ "Qiyamət təyyarəsi"ni göstərdi: İlk olaraq prezidenti xilas edəcək - Foto

Azərbaycana gələn turistlər Bakıdan sonra ən çox hansı əraziyə üstünlük verirlər? 

Əli Mirəliyev: “Kişi botoks etdirməz, saçına rəng qoymaz” - Video    

Ən çox oxunanalar