Çərşənbə axşamı, 30 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qorbaçovdan müraciət: “Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir!” - Video

Keçmiş Sovet İttifaqının bütün respublikalarında maraqla izlənilən “Vremya” (“Zaman”) xəbərlər proqramında 1991-ci il martın 14-də SSRİ Prezidenti Mixail Qorbaçovun Dağlıq Qarabağla bağlı müraciəti oxunub...

Bu barədə "Vajnıy potok" ("Vacib axın") "Youtube" kanalında video yerləşdirilib.

Proqramda ilk olaraq sözü verilişin aparıcılarından biri İqor Fesunenko alıb və “proqramı SSRİ Prezidenti Mixail Sergeyeviç Qorbaçovun Dağlıq Qarabağda yaşayan Azərbaycan xalqına müraciəti ilə açırıq” ifadəsini söyləyib.

Bundan sonra isə Qorbaçovun müraciətini digər aparıcı Vera Şebeko səsləndirib:

“Müraciətdə deyilir:

Əziz yoldaşlar, mən sizə məsuliyyətli və həyəcanlı zamanda müraciət edirəm. Ölkəmizdə və o cümlədən, millətlərarası münasibətlər sferasında baş verən böyük dəyişikliklər çətinliklə gedir. Təəssüflər olsun ki, insan itkiləri ilə nəticələnən ağır münaqişələrdən də qaçmaq mümkün olmayıb.

Artıq dördüncü ildir ki, Dağlıq Qarabağda sülh yoxdur, atışmalar baş verir, insanlar ölür, qarşılıqlı yadlaşma daha da artır. Sonra nə baş verəcək? Mən başa düşürəm ki, inciklik, qəzəb və qarşılıqlı intiqamın zəncirvari reaksiyasını dayandırmaq sadə deyil, amma gərəkdir. Burada reallıqdan çıxış etmək vacibdir. Dağlıq Qarabağ Muxtar Vilayəti Azərbaycanın ayrılmaz tərkib hissəsidir. Burada SSRİAzərbaycan Respublikasının Konstitusiyası qüvvədədir, ermənilər və azərbaycanlılar birgə yaşayır və əmək fəaliyyəti ilə məşğul olurlar.

Tarix belə qərar verib və bundan heç yerə qaçmaq mümkün deyil. Bu isə o deməkdir ki, mümkün olduğu qədər tez şəkildə həyatı normal axarına qaytarmaq, demokratik seçkilərin keçirilməsi və qanuni hakimiyyət orqanlarının formalaşdırılmasına başlamaq gərəkdir”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Coşqun Əliyev daha yüksək vəzifəyə gətirilir - İddia

Göyçayda oğul atasını döyərək öldürüb, cinayət işi açılıb - Yenilənib

Avtomobil bazarında durğunluğun səbəbi nədir? - Video

Növbəti köç karvanı Laçına çatıb, açarlar təqdim olunub - Yenilənib

“Threads” sosial şəbəkəsi Türkiyədə bağlanıb

Almaniya Ukraynaya daha 10 "Marder" PDM və "Leopard 2" tank mərmiləri verib

ABŞ-da atışma nəticəsində 3 polis əməkdaşı ölüb, 5-i yaralanıb

ABŞ "Qiyamət təyyarəsi"ni göstərdi: İlk olaraq prezidenti xilas edəcək - Foto

Bakıda I və II Şəhidlər xiyabanında tanınmadan dəfn edilən 13 nəfərin şəxsiyyəti müəyyənləşib - Siyahı    

Ən çox oxunanalar