Çərşənbə axşamı, 30 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qətlə görə 11 il həbs cəzası verilmiş şəxs bəraət aldı

İki il əvvəl kirayə qaldığı evin sahibini öldürməkdə təqsirli bilinərək 11 il azadlıqdan məhrum edilmiş Polad İsmayılova bəraət verilib.

Qafqazinfo”nun əldə etdiyi məlumata görə, bu barədə Şəki Apellyasiya Məhkəməsi qərar qəbul edib.

Rövşən Rəfiyevin sədrlik etdiyi hakimlər heyəti müttəhimin cinayəti törətməsinə əsas verən yetərli sübutlar olmadığı qənaətinə gəlib.

Həmçinin müdafiə tərəfinin, vəkil Zabil Qəhrəmanovun ortaya qoyduğu sübutlar məhkəmə üçün yetərli olub. Məsələn, zərərçəkmiş Seyran Əyyubova öldürülən vaxt hadisə yerindən başqa şəxsə məxsus 3-cü qrup qan nümunəsi tapılıb. Vəkilin sözlərinə görə, ekspert isə ovaxtkı rəyində göstərib ki, Polad İsmayılovun qanı ilə həmin qan eyni şəxsə məxsusdur. Əsas ziddiyyət də bundadır. Çünki P.İsmayılovun qanı 1-ci qrupdur.

Qərara əsasən 50 yaşlı P.İsmayılova bəraət verilib. O, 3 il 10 ay sonra məhkəmə zalından dərhal azadlığa buraxılıb.

Xatırladaq ki, Zaqatala rayon sakini, 61 yaşlı Seyran Şakir qızı Əyyubova 2011-ci ilin fevralında yaşadığı evdə öldürülüb. Faktla bağlı başlanan cinayət işinin üstü 9 il sonra açılıb. İttihama görə, mərhum S.Əyyubovanı yaşadığı evdə günlük kirayədə qalan Polad Şəmsəddin oğlu İsmayılov şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla qətlə yetirib.

İsmayılova qarşı Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə ittiham verilib, Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 11 il müddətinə azadlıqdan məhrum edilib. Şəki Apellyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb.

Poliqon.info 


Etiket: Qətl


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Coşqun Əliyev daha yüksək vəzifəyə gətirilir - İddia

Göyçayda oğul atasını döyərək öldürüb, cinayət işi açılıb - Yenilənib

Odessanın atəşə tutulması nəticəsində dörd nəfər ölüb, 28 yaralı var - Yenilənib

Avtomobil bazarında durğunluğun səbəbi nədir? - Video

4 bürcdən “Necəsiniz?” soruşmayın: - Saatlarla sızıltılarına qulaq asmalı olacaqsınız

Türkiyə XİN Fransa Milli Assambleyasının qərarını pisləyib

Növbəti köç karvanı Laçına çatıb, açarlar təqdim olunub - Yenilənib

Tbilisi meri: QHT-lər üçün ayrılan xarici pullar kəşfiyyat şəbəkələrinə xərclənir

Almaniya Ukraynaya daha 10 "Marder" PDM və "Leopard 2" tank mərmiləri verib

“Threads” sosial şəbəkəsi Türkiyədə bağlanıb

Ən çox oxunanalar