Çərşənbə, 01 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qərbi azərbaycanlıların Ermənistan vətəndaşlığı hüququ təmin olunacaq? - Video

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun təqdimatında növbəti analitik süjet hazırlanıb.

“Qarabağ erməniləri Azərbaycan vətəndaşı olacaqlarmı?” adlı süjetdə rəsmi Bakının və beynəlxalq ictimaiyyətin ermənilərin Azərbaycan ərazisində təhlükəsiz yaşaması üçün bütün təminatları verdiyi vurğulanır.

Bildirilir ki, Qarabağda yaşayan ermənilər ya Azərbaycan vətəndaşlığını qəbul etməli, ya da özləri üçün başqa yaşayış yeri tapmalıdırlar:

Azərbaycan ölkə Konstitusiyasına tabe olan bütün vətəndaşların təhlükəsizliyini təmin edir və bununla dövlətin əsas qanununa tam əməl edir. Rəsmi Bakının vətəndaşları olan ermənilərin Azərbaycan ərazisində təhlükəsiz yaşamasına təminat verməsini beynəlxalq ictimaiyyət də dəstəkləyir. ABŞ-nin Ermənistandakı səfiri Kristina Kvin deyib ki, ermənilər Qarabağda Azərbaycanın tərkibində təhlükəsiz yaşaya bilərlər”.

Süjetdə separatçıların tör-töküntülərinin lideri Arayik Arutyunyanın Rusiya Prezidenti Vladimir Putinə “yardım məktubu” ünvanlamasına da yer verilib:

“Bu, onu göstərir ki, Azərbaycanın və beynəlxalq ictimaiyyətin təminatı və dəstəyinə arayiklər məhəl qoymaq istəmirlər. Bunlar öz soydaşlarının, yəni ermənilərin başını bəlaya salıblar. 100 ildir xülya ilə yaşadıqlarını reallıq kimi qəbul edən bu ünsürlər Azərbaycanın ərazi bütövlüyü, sülh, təhlükəsizlik və regional əməkdaşlıq üçün böyük maneə və əngəl yaradırlar”.

Həmçinin ABŞ başda olmaqla beynəlxalq ictimaiyyətin 300 mindən çox qərbi azərbaycanlının Ermənistan vətəndaşlığı ilə bağlı pozulan hüququna göz yumduğu vurğulanır, Qərbi Azərbaycandan qovulmuş azərbaycanlıların öz vətənlərinə qayıtmasına şərait yaratmağın rəsmi İrəvanın öhdəliyi kimi göstərilir.

 
Analitik süjet bu fikirlə yekunlaşır: “Azərbaycanın Qarabağ iqtisadi rayonunda yığcam şəkildə yaşayan ermənilərin Azərbaycan vətəndaşlığının təmin olunması ilə yanaşı, qərbi azərbaycanlıların güc tətbiqi ilə məhrum edildikləri Ermənistan vətəndaşı hüququnun da təmin olunması ədalətin qələbəsi olar. Bu, regionda etimad və etibar mühitini gücləndirər, daimi və davamlı sülhün yaranmasına təkan verər. Bu, Azərbaycanın Ermənistana ərazi iddiası deyil, qərbi azərbaycanlıların repatriasiyası və ya vətəndaşlığının tam təmini deməkdir”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Daha ətraflı Baku TV-nin süjetində:

Poliqon.info 


Etiket: Vətəndaşlıq


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakı Yelizavetpol xəritəsini təklif etsə… - İoannisyan

Məşhur ifaları ilə tanınan müğənni Züleyxa Rəhimi vəfat etdi - Foto,Video

Yadplanetlilər bu partlayışda məhv olub - Şok iddia

Korrupsiya əməliyyatı aparılan qurumdan görüntülər - Video

May ayında gözlənilən maqnit qasırğaları: Ən təhlükəlisi nə vaxt olacaq?

Ukraynada vəziyyət gərginləşib: Odessa və Xarkovda kütləvi hücumlar - Video

Prezident VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində iştirak edib, nitq söyləyib - Yenilənib

Əməkdar artist Cəlilabadda məscid tikdirib - Video

Elçin Əmirbəyov: "Papa Fransisk Həzrətlərinin Bakı və İrəvanın sülhün əldə edilməsinə göstərdiyi diqqəti yüksək qiymətləndiririk"

Ən çox oxunanalar