Çərşənbə axşamı, 30 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qərbi Azərbaycan Xronikası: Gəlin toy günü təndirin başına dolanıb, təndir əyəsindən nə istəyirdi?

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında “Ağbabada toy günü qayınana ilə qayınata gəlin üçün güləşirdi” adlı veriliş hazırlanıb...

"Report" xəbər verir ki, verilişdə Ağbaba mahalının adət-ənənələri, toy mərasimləri, inancları, geyim və xalçaçılığı, folkloru, irsi, yaşam tərzi, deyim və duyumları, ağız ədəbiyyatı araşdırılıb.

Bildirilib ki, Ağbabada toy günü qayınana ilə qayınata gəlin üçün güləşir, qoruyucu Təndir əyəsi inancının əlamətlərinə görə gəlin toy günü təndirin başına dolanıb, təndir əyəsindən izn istəyir. Gəlin gərdəyində, geyimində, eləcə də xalçada olan damğalar sanki qoruyucu rolu oynayır. Gəlin geyiminin formasında qurd ağzı element olur. Bunun mənası odur ki, gəlin geyiminin ətəyi qurd ağzı biçimində olmasa, onun xoşbəxt olma ehtimalı azalır.

Verilişdə Ağbaba və Şörəyel elinin birgə yaratdığı Amasiya türk gələnəyi, oğuz-türk yaşam tərzini, adətini və deyimlərini qoruyan oğuz türklərinin adətləri, Amasiyada, Ağbaba, Şörəyeldə ağız ədəbiyyatını yaşadılması, türk adətləri, deyimləri və duyumları ilə bağlı maraqlı və müəmmalı məqamlara aydınlıq gətirilir.

Sonda folklorşünas Tacir Səmimi Ağbaba türklərinin qəribə türkü və nəğmələrinin sirli mənasından, Qafqaz və Anadolu adətlərini ilə yoğrulmuş Ağbaba folklorundan, burada yaşayan türklərin parçalanmış taleyi və böyük mədəni irsindən söz açır.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, - fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Coşqun Əliyev daha yüksək vəzifəyə gətirilir - İddia

Göyçayda oğul atasını döyərək öldürüb, cinayət işi açılıb - Yenilənib

Odessanın atəşə tutulması nəticəsində dörd nəfər ölüb, 28 yaralı var - Yenilənib

Avtomobil bazarında durğunluğun səbəbi nədir? - Video

4 bürcdən “Necəsiniz?” soruşmayın: - Saatlarla sızıltılarına qulaq asmalı olacaqsınız

Türkiyə XİN Fransa Milli Assambleyasının qərarını pisləyib

Növbəti köç karvanı Laçına çatıb, açarlar təqdim olunub - Yenilənib

Azərbaycan Bolqarıstana əlavə həcmdə enerji resursları tədarük edə bilər

Tbilisi meri: QHT-lər üçün ayrılan xarici pullar kəşfiyyat şəbəkələrinə xərclənir

“Threads” sosial şəbəkəsi Türkiyədə bağlanıb

Ən çox oxunanalar