Cümə axşamı, 26 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qərb müttəfiqləri Ukraynaya Vülnüs sammitində hansı zəmanəti verəcək?..

NATO sammitdən əvvəl təcili olaraq Ukrayna üçün təhlükəsizlik zəmanətlərini razılaşdırır...

Kiyevin Qərb müttəfiqləri NATO-nun Vilnüsdə keçiriləcək sammiti ərəfəsində Ukrayna üçün təhlükəsizlik zəmanətləri haqqında bəyannaməni yekunlaşdırmaq üçün təcili danışıqlar aparır.

Poliqon xəbər verir ki, Bu barədə bazar günü, iyulun 9-da “Politico” nəşri adı açıqlanmayan dörd məmura istinadən məlumat yayıb. Nəşr yazır ki, bir sıra Qərb ölkələri Ukraynaya təhlükəsizlik zəmanətləri ilə bağlı “qızdırmalı” şəkildə danışıqlar aparır. Söhbət ABŞ, Böyük Britaniya, Fransa və Almaniyadan gedir.

Politico qeyd edir ki, bu dörd ölkə bir neçə həftədir ki, Ukrayna üçün təhlükəsizlik təminatlarını müzakirə edir və bu məsələ ilə bağlı digər NATO, Aİ və G7 müttəfiqlərinə də müraciət edir.

Məlumatda qeyd edilir ki, hər bir maraqlı ölkə Ukrayna ilə ikitərəfli əsasda “öhdəliklərin nədən ibarət olacağını” müəyyənləşdirməli olacaq.

“Bura hava hücumundan müdafiədən tutmuş tanklara qədər hər şey daxil ola bilər”, deyə mənbələrdən biri nəşrə bildirib.

“Əsasən, Ukraynaya verilən zəmanət ondan ibarət olacaq ki, biz onların silahlı qüvvələrini çox uzun müddət təchiz edəcəyik, maliyyələşdirəcəyik, məsləhətlər verəcəyik və onlara təlim keçəcəyik”, deyə başqa bir mənbə Politico-ya deyib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Quru sərhədlər bu tarixədək bağlı qalacaq - Rəsmi

Prezident İlham Əliyevə çoxməqsədli JF-17C təyyarələri təqdim olunub - Yenilənib

Azərbaycanda bu rayonların icra başçısı yoxdur

Yüksək vəzifə verilən Sevinc Həsənova kimdir? – Dosye

Qeyri-qanuni ticarət canlanır - Aİ ölkələrinin tütün bazarında nə baş verir?

Azərbaycanda terror aktı hazırlamaqda ittiham olunan şəxs: İngilis casusuna aid kitab mənə maraqlı gəldi

Dövlət Gömrük Komitəsi “Veysəloğlu”ya cərimə yazdı – Məhkəmə araşdırması...

Ən çox oxunanalar