Çərşənbə, 21 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Qəhrəmanlar Can Verir Yurdu Yaşatmaq üçün” adlı layihə çərçivəsində “Azad ruhlar” adlı növbəti tədbir – sərgi keçirilib

Poliqon xəbər verir ki, 21 noyabr  Azərbaycan İstiqlal Muzeyinin təşkilatçılığı ilə  44 günlük Vətən müharibəsi zamanı Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşərək canlarından keçmiş şəhidlərin əziz xatirəsinə həsr olunmuş “Qəhrəmanlar Can Verir Yurdu Yaşatmaq üçün” adlı layihə çərçivəsində “Azad ruhlar” adlı növbəti tədbir – sərgi keçirilib.

Azərbaycan Respublikasının  Prezidenti Silahlı Qüvvələrin Ali Baş komandanı cənab İlham Əliyevin 03 dekabr 2020-ci ildə Zəfər muzeyinin və Memorial kompleksin inşası ilə əlaqədar imzaladığı sərəncama əsasən, 2021-ci ilin yanvar ayından Mədəniyyət Nazirliyinin əmrinə əsasən Azərbaycan İstiqlal Muzeyi tərəfindən şəhidlərin şəxsi əşyaları Zəfər muzeyi üçün toplanılır.

44 günlük Vətən müharibəsində qazanılan zəfər dövlətçilik tariximizin ən parlaq səhifəsidir. Artıq üç ildir ki, xalqımız Prezident, Ali Baş Komandan İlham Əliyevin uzaqgörən siyasəti, ordumuzun güc-qüdrəti ilə nail olunan zəfər sevincini yaşayır.

Tədbirdə  Vətən müharibəsində  şəhidlik zirvəsinə ucalan gizir Hüseyn Qasımovun, baş çavuş Kamil Şixmuradovun, əsgər Orxan Teymurlunun, kiçik çavuş Murad Xəlillinin, əsgər Əhməd Mollaçiyevin, İmam Əliyevin və Elvin Məlikməmmədovun əziz xatirələri yad edildi. Daha sonra sərgidə Xaçmaz rayon Tarix Diyarşunaslıq Muzeyinin səyi nəticəsində toplanmış və muzey fondlarımızda qorunub saxlanılan Vətən müharibəsi şəhidlərinin şəxsi əşyaları, fotoşəkillər, sənədlər və  müxtəlif hərbi geyimlər nümayiş olunmuşdur.

Tədbirdə şəhid ailələri, Heydər Əliyev adına hərbi istitutun hərbiyyəliləri,  5N-li Texniki Peşə məktəbinin tələbələri, “Gənc Könüllü” Gənclərin İnkişaf və Karyera Mərkəzinin könüllüləri , ÜNEC könüllüləri və  digər qonaqlar iştirak ediblər.

Azərbaycan İstiqlal Muzeyində təşkil olunan sərgi noyabr ayının 28-nə qədər davam edəcək. 

Fotolar

                         

Poliqon.info

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

FHN-in güllələnən sabiq əməkdaşı ilə bağlı yeni təfərrüat 

Politoloq: Ərdoğan öz yerinə layiqli namizədlər hazırlayıb...

Azərbaycanın məşhur şirkəti istehsalı və satışı dayandırdı

Ukrayna Kurskda möhkəmlənir, Rusiya Donetski ələ keçirir...

'Əkinçilik" Elmi Tədqiqat İnstitunun deputatlığa namizəd direktoru milyonluq villa tikdirir? - İddia

Azərbaycanda polis kapitanının ölümünün təfərrüatı məlum olub - Foto

Sevda Sanaliyevanı təqib edən şəxs polisə çağırıldı

Elxan Şahinoğlu: Putin demək istədi ki, Kreml Cənubi Qafqazdakı maraqlarını arxa plana keçirməyəcək...

Lukaşenko: Ermənilər bizdən başqa kimə lazımdır?

Bədəl Bədəlov əsəbiləşdi: "Rövnəq Abdullayev mənə dəstək verib?"

Ən çox oxunanalar