Bazar ertəsi, 07 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qaradağda itkin düşmüş şəhid Əsədov Vüqar Habil oğlu dəfn edilib

Qaradağ rayonunda Birinci Qarabağ Müharibəsində itkin düşmüş şəhid Əsədov Vüqar Habil oğlunun dəfn və İkinci Qarabağ Müharihbəsində şəhid olmuş Əliyev Rövşən İbrahim oğlunun anım mərasimləri keçrilib...

Sentyabrın 28-də Qaradağ rayonunda silsilə tədbirlər kiçirilməkdədir. Müzəffər Azərbaycan Ordusunun Birinci Qarabağ müharibəsində itkin düşən döyüşçüsü Əsədov Vüqar Habil oğlunun cəsədinin qalıqları 30 ildən sonra Qaradağ rayonu, Lökbatan qəsəbəsinə gətirilib.

Şəhidlə vida mərasimi keçirilib

Mərasimdə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, Şura üzvləri, Milli Məclisin deputatı Səbinə Xasayeva, YAP Qaradağ Rayon Təşkilatının sədri Qafar Əliyev, şəhidin ailə üzvləri, yaxınları, rəsmi şəxslər, ictimaiyyət nümayəndələri iştirak edirlər. Şəhid Qaradağ rayonu, Lökbatan qəsəbəsində Şəhidlər xiyabanında dəfn edilib.

Qeyd edək ki, Əsədov Vüqar Habil oğlu 1974-ci il iyunun 29-da anadan olub. Vüqar Əsədov 31 avqust 1993-cü ildə Füzuli rayonunun Kürdmahmudlu kəndində itkin düşüb. Şəhidin meyitinin qalıqları bir qədər əvvəl Xocavənd rayonunun Edilli kəndində kütləvi məzarlıqda tapılıb.

2020-ci ilin 44 günlük Vətən müharibəsi ilə torpaqlarımız işğaldan azad olunandan sonra həmin ərazilərdə azərbaycanlıların kütləvi şəkildə basdırıldığı məzarlıqlar aşkarlanıb. Ekspertiza nəticəsində meyit qalıqlarından birinin Əsədov Vüqar Habil oğlu məxsus olduğu təsdiqlənib.

Daha sonra Lökbatan qəsəbəsinin sakini Şəhid Əliyev Rövşən İbrahim oğlunun anım mərasimi keçirilib.

İldönümü ilə əlaqədar Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, YAP Qaradağ təşkilatının sədri Qafar Əliyev, Milli Məclisin deputatı Səbinə Xasayeva Şəhidlərin qəbrini ziyarət etmişlər. Şəhidlərin qəbri üzərinə tər güllərdən əklil qoymuş, ruhuna dualar oxunmuş, sonra valideynləri ilə görüşərək başsağlığı vermişlər.

Fotolar

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Üç bürc üçün inanılmaz xoşbəxt bir mərhələ başlayıb

Səhər edilən bu səhv xərçəng riskini artırır - Alimlər açıqladı

Mayis Bərxudarov vəzifəsindən azad edildi və dərəncama göndərildi

Üzeyir Mehdizadə kimdir? Haralıdır və neçə yaşı var? - Şəxsi həyatını sirr saxlayır...

Xaricdə ali təhsil almış şəxslər peşə tanınması imtahanı veriblər - Yenilənib

Mayis Bərxudarov komandan vəzifəsindən çıxarıldı - Foto

Pensiya alanlara şad xəbər - 2 yerdən pul ala biləcəklər - Video

İsrailin İrana müdaxiləsi ən çox Putinə lazımdır

Bakı yollarının zolaqlı problemi: Çıxış yolu nədir?

İsrailin məktəb və məscidə hava zərbələri nəticəsində 24 nəfər öldü, 93 yaralı var

Buzovnada ata və oğlu qonşularını bıçaqlayıb, ölən və yaralılar var - Yenilənib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay