Çərşənbə, 01 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Qarabağla bağlı danışıqları DİN aparmalıdır”


“Xankəndində və digər bölgələrimizdə yaşayan ermənilər bizim vətəndaşlardır, azərbaycanlılalardır, çünki “azərbaycanlı” millət adı deyil, vətəndaşlıq tanımıdır, onlarla birbaşa DİN və sivil toplum vasitəsi ilə normal əlaqə qurmaq, danışıq mümkündür və vacibdir”


Bu sözləri iqtisadçı ekspert Natiq Cəfərli Ermənistanın yeni baş naziri Nikol Paşinyanın qondarma "Qarabağ respublikası"nın danışıqlarda iştirak etməsi ilə bağlı bəyanatını şərh edərkən deyib. 

O bildirib ki, o zaman torpağımızda yolunu azan, separatizmlə, terrorla məşğul olan qeyri-qanuni silahlı dəstələrlə Xarici İşlər Nazirliyi deyil (bu bizim daxili işimizdir), Daxili İşlər Nazirliyi birbaşa danışıq apara bilər:

"Onlar silahı yerə qoyub təslim olsunlar. Separatizmlə məşğul olan erməni əsilli azərbaycanlılara əfv verilə, onların səhvlərini bağışlaya, onlara Azərbaycan pasportu verib aramıza qata bilərik. Qondarma qurumla ancaq DİN birbaşa məhz bu mövzuda danışa bilər".

Ekspert vurğulayıb ki, danışıqlar alınmasa, öz ərazimizi terrorçulardan təmizləmək üçün anti-terror əməliyyatı aparmaq haqqı qazanacağıq:

"Erməni əsilli azərbaycanlıları terrorçulardan xilas etmək, orada yuva qurmuş terror dəstələrindən təmizləmək lazımdır. Ancaq bu formatda Qarabağda yaşayan erməni əsilli azərbaycanlılarla əlaqə qurmaq, danışmaq, onlara təqaüd, maaş vermək, Milli Məclisə deputat seçmək imkanı tanımaq, bütün ölkədə özünüidarəetmə formasını genişləndirərək o bölgədə də özünüidarə elementlərini tətbiq etmək lazımdı.

Paşinyana cavab, məncə, emosional deyil, düşünülmüş şəkildə və bu yöndə olmalıdır". (axar.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakı Yelizavetpol xəritəsini təklif etsə… - İoannisyan

Məşhur ifaları ilə tanınan müğənni Züleyxa Rəhimi vəfat etdi - Foto,Video

Yadplanetlilər bu partlayışda məhv olub - Şok iddia

“Kartıma köçürdüyüm maaşdan 134 mini icra başçısına vermişəm” – Seymur Orucovun qohumu həbs edildi

Prezident VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində iştirak edib, nitq söyləyib - Yenilənib

May ayında gözlənilən maqnit qasırğaları: Ən təhlükəlisi nə vaxt olacaq?

Ukraynada vəziyyət gərginləşib: Odessa və Xarkovda kütləvi hücumlar - Video

Əməkdar artist Cəlilabadda məscid tikdirib - Video

Milli Qurtuluş Günü və Qurban bayramı ilə əlaqədar ardıcıl 5 gün iş olmayacaq

Elçin Əmirbəyov: "Papa Fransisk Həzrətlərinin Bakı və İrəvanın sülhün əldə edilməsinə göstərdiyi diqqəti yüksək qiymətləndiririk"

Ən çox oxunanalar