Bazar, 05 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Qanuni miqrasiyanın təbliğ və təşviqini gücləndirməliyik” – Vüsal Hüseynov

Milli Məclisdə “Parlamentarlar və Dayanıqlı İnkişaf Məqsədləri: İnsan alveri və miqrant qaçaqçılığına qarşı mübarizədə çoxtərəfli yanaşmalar” adlı tədbir keçirilib

PİA.AZ Dövlət Miqrasiya Xidmətinə istinadən bildirir ki, Milli Məclisinin Vitse spikeri xanım Bahar Muradova, komitə sədrlərinin, millət vəkillərinin, Xidmət rəhbərlərinin, Beynəlxalq Miqrasiya Təşkilatının(BMqT) və Avropa İttifaqının(Aİ) Azərbaycandakı nümayəndəliyinin, dövlət qurumlarının, qeyri-hökumət təşkilatlarının nümayəndələrinin, ekspertlərin iştirak etdiyi tədbirdə insan alverinə qarşı mübarizə sahəsində ölkəmizdə görülən işlər, həyata keçirilən tədbirlər və onların nəticələri barədə ətraflı məlumat verilib.

Seminarın işini yüksək qiymətləndirən Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov ölkəmizdə insan alverinə qarşı mübarizədə mütərəqqi və məqsədyönlü siyasətin yürüdülməsini, bu sahədə cinayətlərin qarşısının alınmasını, qurbanların müdafiəsi, onların hüquqlarının bərpası, sosial reabilitasiyasının təmin edilməsi məsələlərinin dövlət başçısı tərəfindən daim diqqətdə saxladığını söyləyib. Qeyd edib ki, hazırda dünyada 260 milyona yaxın miqrant mövcuddur: “Miq­ra­si­yanın qlobal miqyasının günü gündən genişlənməsi bu proseslərdən öz maraqları üçün mənfi istiqamətdə istifadə etmək istəyənlərin də sayının artmasına səbəb olur. Bu səbəbdən təhlükəsiz, nizamlı və qanuni miqrasiyanın təmin edilməsi bütün düyanın qarşısında duran prioritetlərdən biridir. Məhz Azərbaycan Respublikası Prezidentinin 2014-cü il iyulun 24-də imzaladığı Sərəncamla təsdiq olunan “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2014-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nı Azərbaycanda bütün səviyyələrdə insan alverinə, eləcə də qeyri-qanuni miqrasiyaya qarşı mübarizənin davamlılığını nümayiş etdirir”.

Xidmət rəisi bildirib ki, DMX tərəfindən həyata keçirilən tədbirlər nəticəsində bir sıra qanunsuz miqrasiya kanalı aşkar edilib, əcnəbilərin müxtəlif vədlərlə aldadılaraq Azərbaycan Respublikasına gətirilməsində, qanunsuz miqrasiyanın təşkili və dələduzluqda təqsirləndirilən şəxslər məsuliyyətə cəlb olunublar.

DMX-nin rəisi Vüsal Hüseynov qeyri-qanuni miqrasiyaya qarşı ən effektli mübarizənin qanuni miqrasiyanın təbliği və təşviqi olduğunu söyləyib. O, insan alverinin, qanunsuz miqrasiyanın mahiyyəti və onların doğurduğu təhlükələr barədə ictimaiyyəti məlumatlandırmaq məqsədilə müvafiq tədbirlərin davam etdirilməsinin önəmini vurğulayıb.

Ötən illər ərzində Azərbaycanın insan alverinə qarşı mübarizə sahəsində gördüyü işlərin ölkəmizin beynəlxalq imicinə öz töhfəsini veridiyini diqqətə çatdıran Xidmət rəisi seminarın panellər üzrə davam etdirilən işinə uğurlar arzulayıb.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Green card” müraciətlərinin nəticələri açıqlandı - Yenilənib

İlham Əliyevdən Xankəndi ilə bağlı sərəncam 

Şəkidə qətl hadisəsinin təfərrüatları məlum olub - Yenilənib

Əhmədbəyli-Füzuli-Şuşa yolunun son görüntüləri - Video

"Yelo Bank"dan şikayət: "Əsəbinizi korlamaq istəmirsizsə, bu bankdan uzaq durun" 

İsa Qəmbər yenidən Müsavat Partiyasının başqanı seçilib

Azərbaycan və Türkiyə XİN başçıları qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər - Yenilənib

Yevgeni Jukov: "Azərbaycanda neft hasilatının azalması iqtisadi artıma əhəmiyyətli təsir edib"

FIFA prezidenti futbol qaydalarında daha bir dəyişiklik etməyə hazırlaşır

Azərbaycanda ilin ortalarında büdcə proqnozlarına yenidən baxıla bilər

Ən çox oxunanalar