Çərşənbə axşamı, 30 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qafqazda oyun içində oyun - ABŞ Ermənistan vasitəsilə eksperiment aparır?..

Neft gəlirləri azalan və iqtisadi çətinliklər yaşayan Rusiya kritik əhəmiyyəti olan Qafqazı qarışdırmaqla nə əldə edə bilər ki? Bəs Ermənistanı təhrik edən Rusiya deyilsə, o zaman kimdir?..

Süleyman Seyfi Öğün
“Yeni Şafak” qəzeti, Türkiyə, 1 oktyabr 2020-ci il

Qafqazda böyük bir qarşıdurma başlayıb. Sovet İttifaqı dağıldıqdan sonra “müstəqillik” qazanan Ermənistanın ilk fürsətdə ələ keçirdiyi Dağlıq Qarabağ və ətrafında yerləşən Azərbaycana məxsus bir çox yaşayış məntəqəsində gözlənilən müharibəyə start verilib. Bunu tətikləyən əsas səbəb isə iyuldakı qarşıdurmalar olub.

Bəzilərinə görə, bu dəfə ilk həmlə Qarabağdakı erməni qoşunlarından gəlib. Lakin digər bir yanaşmaya görə də ilk hücum Azərbaycandan edilib. Müxtəlif dairələr əvvəlcə hansı tərəfin atəş açdığı barədə müzakirələr aparırlar. Əslində, bunun heç bir əhəmiyyəti yoxdur. Əgər əməliyyata Ermənistan ordusu başlayıbsa, bu o deməkdir ki, ermənilər səfərbər olan Azərbaycan ordusundan əvvəl hərəkətə keçmək istəyiblər. Lakin proses Azərbaycan ordusu tərəfindən başladılıbsa, bu da olduqca qanuni bir addım kimi qiymətləndirilməlidir. Çünki müharibə zonası birbaşa olaraq Azərbaycanın öz ərazisidir.

Guya barışıq yaratmaq və məsələni həll etmək iddiası ilə qurulmuş Minsk qrupu 30 ildir ki, heç bir şey əldə edə bilməyib. Ona görə də artıq Azərbaycan üçün bıçaq sümüyə dirənmişdi. Əməliyyata başlayan tərəf Azərbaycan ordusudursa, bu, son dərəcə qanuni bir addımdır.

Ermənistanın verdiyi açıqlamalardan görünür ki, baş verən hadisələri dünya ictimaiyyətinə Türkiyə-Azərbaycan ittifaqının təcavüzü kimi təqdim etmək və beləliklə, öz işğalçı siyasətini gizlətmək istəyir.

Qeyd etmək lazımdır ki, Türkiyə bütöv dövləti və milləti ilə sonuna qədər Azərbaycanın yanındadır. Ancaq mənəvi və maddi dəstək verərkən məsələnin ölçülərini də müzakirə etməyi unutmamalıyıq.

Türk mediası ilk gündən bəri bir neçə açıq sessiya ilə bu məsələni müzakirə edib. Ancaq izlədiyim qədəriylə qiymətləndirmələr olduqca zəifdir. Prosesi Ermənistanın başlatdığına inanan bir çox şərhçi Ermənistanın belə bir addım ata bilməyəcəyini və bunun arxasında Rusiyanın olduğunu iddia edib.

Bu qiymətləndirmə ilə razılaşmadığımı öncədən bildirməliyəm. Şərhçilər Rusiyanın bu prosesdə Türkiyəni Liviya və Suriyada zəiflətməyi hədəflədiyini vurğulayırlar. Bunun diqqətlə düşünülmədən irəli sürülmüş bir iddia olduğunu deyə bilərik.

Hazırda neft gəlirləri azalan və bu səbəbdən iqtisadi çətinliklər yaşayan, yeni NATO quruluşu ilə Şərqi Avropadan təzyiqlərə məruz qalan, Avropaya enerji axınının qarşısı alınan, Ukrayna və Krım vasitəsilə böyüyən embarqolarla üzləşən və xüsusilə də, Belarus məsələsi ilə məşğul olan Rusiya kritik əhəmiyyəti olan Qafqazı qarışdırmaqla nə əldə edə bilər ki?

Üstəlik, Paşinyan rəhbərliyinin Qərbdən dəstək aldığını və Ermənistanı yeni Gürcüstana çevirmək istədiyini Putin görməyə bilərmi? Əlbəttə ki, bunun boş bir cəhd olduğunu bilir və son təhlildə öz sərt gücünə güvənir.

Hazırda Rusiyanın arxa planda dayanması və vasitəçi rolunu oynaması real siyasi addımlardır. Putin bunu etməklə Azərbaycanın yolunu açır. Başqa sözlə, Azərbaycanın Ermənistanı əzməsinə göz yumur. Bir növ Azərbaycan vasitəsilə Ermənistanı cəzalandırır. Çünki sınmış və məğlub olmuş bir Ermənistanın ona qeyd-şərtsiz tabe olacağını çox yaxşı bilir.

Hər birimizin arzusu bu tarixi fürsət sayəsində Azərbaycanın Qarabağdakı işğalı tamamilə aradan qaldırmasıdır. Lakin daha real yanaşsaq, indiki mərhələdə bunun mümkün olmadığını başa düşmək lazımdır. Fikrimcə, bu mərhələdə Dağlıq Qarabağdakı yaşayış məntəqələri xilas ediləcək və bu da tarixə Azərbaycanın böyük qələbəsi kimi düşəcək möhtəşəm bir uğurdur. Üstəlik, demək olar ki, Rusiya burada Soçiyə bənzər bir quruluş vasitəsilə Türkiyəni də əhatə edən yeni bir yanaşma ilə Qafqaza daha təsirli şəkildə nəzarət etməyi gözləyir.

Bəs Ermənistanı təhrik edən Rusiya deyilsə, o zaman kimdir?

Əlbəttə ki, bununla bağlı heç bir dəlil yoxdur. Ancaq Belarus məsələsində Lukaşenkonun istefasını tələb edən və dünyanın ən böyük, ən nüfuzlu erməni diasporlarından birinə sahib olan Fransanın bu məsələdəki səssizliyi olduqca diqqət çəkicidir.

Digər tərəfdən, ABŞ-ın da bu işin içində olduğunu düşünürəm. Zənnimcə ABŞ həm enerji və logistika səviyyəsində “Bir Yol” layihəsi üçün kritik olan Qafqazda sabitliyi pozmaq, həm də Türkiyə-Rusiya-İran münasibətlərini alt-üst etmək üçün müəyyən addımlar atır.

Qısaca, bu prosesi Türkiyə-Rusiya-İran münasibəti üzərindən qiymətləndirmək daha məntiqli olar. Bu üç dövlət oyunu görüb müqavimət göstərə bilsə, ABŞ-ın Qafqazda apardığı eksperiment fiasko ilə başa çatacaq və geridə yalnız gücünü itirmiş bir Ermənistan qalacaq.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Coşqun Əliyev daha yüksək vəzifəyə gətirilir - İddia

Göyçayda oğul atasını döyərək öldürüb, cinayət işi açılıb - Yenilənib

Avtomobil bazarında durğunluğun səbəbi nədir? - Video

4 bürcdən “Necəsiniz?” soruşmayın: - Saatlarla sızıltılarına qulaq asmalı olacaqsınız

Növbəti köç karvanı Laçına çatıb, açarlar təqdim olunub - Yenilənib

“Threads” sosial şəbəkəsi Türkiyədə bağlanıb

Almaniya Ukraynaya daha 10 "Marder" PDM və "Leopard 2" tank mərmiləri verib

ABŞ-da atışma nəticəsində 3 polis əməkdaşı ölüb, 5-i yaralanıb

ABŞ "Qiyamət təyyarəsi"ni göstərdi: İlk olaraq prezidenti xilas edəcək - Foto

Ən çox oxunanalar