Cümə, 03 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qafan istiqamətində təxribatlar... - Hansı mesajlar verildi?

Ordumuz tərəfindən Ermənistan Silahlı Qüvvələrinin Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsinin yaxınlığındakı döyüş postu tamamilə darmadağın edilib...

Siyasi-şərhçi: “Təxribatların Qafan istiqamətində olması, Ermənistanın Azərbaycanın ərazi bütövlüyünə qarşı davam edən təcavüzkar siyasətinin bir nümunəsidir”.

Ermənistanın reaksiyası Azərbaycanın qisas əməliyyatını qınamaq və özünü məğdur kimi təqdim etməkdən ibarətdir”.

Bu sözləri siyasi-şərhçi Kamran Məmmədli təxribatların Qafan istiqamətində olmasının səbəblərini Poliqon-a şərh edərkən qeyd edib.

Xəbər verdiyimiz kimi, 13 fevral tarixində Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən Ermənistan Silahlı Qüvvələrinin dünən törətdikləri təxribata cavab olaraq “qisas əməliyyatı” keçirilib. Əməliyyat nəticəsində dünən əsgərimizə atəş açılan Ermənistan Silahlı Qüvvələrinin Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsinin yaxınlığındakı döyüş postu tamamilə darmadağın edilib, döyüş mövqeləri susdurulub.

Bəs, təxribatların Qafan istiqamətində olması hansı mesajlar verdi? Digər tərəfdən, məsələ ilə bağlı Ermənistanın reaksiyasını necə dəyərləndirmək olar?

Azərbaycan-Ermənistan sərhədində baş verənləri Poliqon-un əməkdaşı siyasi-şərhçi Kamran Məmmədli ilə müzakirə edib.

Kamran Məmmədli: “Qafan istiqamətindəki təxribatlar, Ermənistanın Azərbaycanla sülh və danışıqlara hazır olmadığını, əksinə, münaqişəni kəskinləşdirmək, beynəlxalq təzyiqi artırmaq istədiyini göstərir”.

Ermənistanın reaksiyasının, onun münaqişəni həll etmək üçün heç bir iradəsi olmadığını və beynəlxalq hüququn tələblərinə hörmət etmədiyini göstərdiyini nəzərə çatdıran ekspert Poliqon-a açıqlamasında qeyd edib ki, belə bir şəraitdə, sülh prosesinə kölgə salan da, onun baş tutmasını uzadan da, məhz Ermənistan hökümətidir:

“Təxribatların Qafan istiqamətində olması, Ermənistanın Azərbaycanın ərazi bütövlüyünə qarşı davam edən təcavüzkar siyasətinin bir nümunəsidir. Qafan, Azərbaycanın Qarabağ bölgəsinə yaxın olan bir rayondur və Ermənistanın bu təxribatı bir daha onların sülh tərəfdarı olmadıqlarının göstəricisidir. Eyni zamanda Qafan istiqamətindəki təxribatlar, Ermənistanın Azərbaycanla sülh və danışıqlara hazır olmadığını, əksinə, münaqişəni kəskinləşdirmək, beynəlxalq təzyiqi artırmaq istədiyini göstərir.

Ermənistanın reaksiyası isə, Azərbaycanın qisas əməliyyatını qınamaq və özünü məğdur kimi təqdim etməkdən ibarətdir. Ermənistan Azərbaycanın sərhədini müdafiə etmək hüququnu inkar edərək, Azərbaycanı sərhəd xəttindəki gərginliyin səbəbi kimi təqdim etməyə çalışır. Halbuki onlar və onları himayə edənlər Azərbaycanın ərazi bütövlüyünə qarşı olunan təcavüzkar hücumları görməzlikdən gəlirlər.

Ermənistanın reaksiyası, onun münaqişəni həll etmək üçün heç bir iradəsi olmadığını və beynəlxalq hüququn tələblərinə hörmət etmədiyini göstərir. Belə bir şəraitdə, sülh prosesinə kölgə salan da, onun baş verməsini uzadan da, məhz Ermənistan hökümətidir”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda sabiq nazir hər ay mənimsədiyi pulların miqdarını açıqladı

MSK Ramin Məmmədovun deputat səlahiyyətlərinə xitam verib - Yenilənib

Ağcabədidə qadın qətlə yetirilib, qaynı saxlanılıb - Yenilənib

Prezidentin sərəncamı 3000-ə yaxın şəxsə şamil olunacaq

66 konqresmen Azərbaycana qarşı sanksiyalar tətbiq etmək təklifi ilə çıxış edib...

Rusiya 15 ukraynalı əsir hərbiçini edam edib - Human Rights Watch bu cinayətləri təsdiqləyib...

Dini liderlər Füzuli şəhərində olublar - Yenilənib

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu başa çatıb - Yenilənib  

Dostunun 14 yaşlı qızını qaçıran kişi həbs olundu

Niyə körpələrə yumurta ağı vermək olmaz? - İshal ola bilər

Mövlam Şixəliyev maddi ziyanla bağlı məhkəməyə müraciət etdi

Ən çox oxunanalar