Cümə, 10 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Putinin vasitəçiliyi ilə Soçidə gözlənilən Əliyev-Paşinyan görüşü baş tutacaqmı?..

Bir-biri ilə rəqabət aparan ayrı-ayrı platformalarda Azərbaycan və Ermənistan liderlərinin görüşü ümumi sülh prosesinə necə təsir edir?..

Siyasi-şərhçi: “Soçi görüşünün baş tutacağına tam əmin deyiləm. Böyük ehtimalla həm Azərbaycan, həm də Ermənistan bu görüşdən yayınaraq Brüsseldə bir araya gələcəklər. Çünki Rusiyanın planı ancaq Moskvanın bölgədəki maraqlarını qorumağa xidmət edir”.

Rusiyanın üçtərəfli görüşü təşkil etməkdə əsas niyyəti Avropa Birliyinin əlində təşəbbüsü almaqdır”.

Bu sözləri siyasi-şərhçi Ərəstun Oruclu İlham Əliyev və Nikol Paşinyanın yaxın günlərdə Putinin iştirakı ilə görüşəcəyi xəbərini PİA.az-a şərh edərkən qeyd edib.

Rusiya mətbuatının yazdığına görə İlham Əliyev və Nikol Paşinya yaxın günlərdə Putinin iştirakı ilə Soçidə görüşəcəklər. Rusiya Xarici İşələr Nazirliyinin mətbuat katibi Mariya Zaxarovadan sonra bunu Kremlin sözçüsü Dmitri Peskov da təsdiqləyib. Peskov sözlərinə görə hazırda üçlü sammitə hazırlıqlar aparılır.

Xatırladaq ki, AzərbaycanErmənistan liderlərinin son görüşü Praqada Emmanuel Makron və Şarl Mişelin vasitəçili ilə olmuşdu və bu tərəflər bir-birlərinin ərazi bütövlüyünü tanımaq barədə sənədə imza ataraq bildirmişdilər ki, ilin sonuna qədər AzərbaycanErmənistan arasında sülh müqaviləsi imzalanacaq.

Hazırda isə sülh müqaviləsi ABŞ-ın təklif etdiyi plan üzərində aparılır və bu plana görə Qarabağ Azərbaycanın ərazisi olaraq qalır və separatçılara heç bir status verilmir.

Rusiyanın təklif etdiyi sülh planı isə bir qədər fərqlidir. Rusiya yenidən Qarabağ məsələsinin dondurulmasını və separatçıların statusuna gələcəkdə baxılması təklifi ilə çıxış edir.

Bir-biri ilə rəqabət aparan ayrı-ayrı platformalarda AzərbaycanErmənistan liderlərinin görüşü ümumi sülh prosesinə necə təsir edir? Bunun sülh prosesinə xeyri, yoxsa ziyanı var?

Eyni zamanda Ermənistan mətbuatının yazdığına görə Paşinyan da ABŞ-ın sülh planını qəbul edib. Bu plan Qarabağın Azərbaycanı tərkibində statutsuz olmasını təklif edir. Lakin bildirilir ki, Rusiya bu plana qarşıdır. Rusiyanın planında isə Qarabağın statusunun gələcəkdə razılaşdırılmasını təklif edir. Bu aspektdə Moskva görüşündən hansısa razılaşma gözləmək olar? Ümumiyyətlə Moskvadan gələn təklifə rəsmi Bakının və Yeravanın susqunluq nümayiş etdirməsi fonunda bu görüç baş tuta bilərmi?

Mövzunu PİA.az-ın əməkdaşı siyasi-şərhçi Ərəstun Oruclu ilə müzakirə edib.

Ərəstun Oruclu: “Rusiya Cənubi Qafqazda sülhün təminat alınmasını istəmir və Moskvanın planında hələ uzun müddət AzərbaycanErmənistanı üz-üzə qoymaqdan başqa bir niyyət yoxdur”.

Rusiyanın AzərbaycanErmənistan rəhbərliyinə qarşı yürütdüyü siyasət fonunda Moskvanın bu işdə tərəfsiz vasitəçi ola biləcəyinə inanmayan ekspert PİA.az-a bildirib ki, özlərini vasitəçi kimi görən tərəflərin bu məsələdəki inadcıl davranmaları daha çox sülh prosesinin pozulmasına aparıb çıxarır:

“Təbii ki, bir-biri ilə rəqabət aparan aparan ayrı-ayrı platformalarda AzərbaycanErmənistan liderlərinin görüşü ümumi sülh prosesinə mənfi təsir edir və hər iki ölkəyə də əlavə təzyiqlər yaradır. Özlərini vasitəçi kimi görən tərəflərin bu məsələdəki inadcıl davranmaları daha çox sülh prosesinin pozulmasına aparıb çıxarır. Çünki hər iki tərəf, istər Qərb, istərsə də Rusiya öz sülh planını həyata keçirmək istəyir və bu zaman Azərbaycanın, və Ermənistanın maraqları onlar üçün əhəmiyyət daşımır.

Mən Soçi görüşünün baş tutacağına tam əmin deyiləm. Eyni zamanda əmin deyiləm ki, Rusiya Qafqazda sülh istəyərək, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasını istəyir. Çünki əgər Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi bağlansa, Rusiyaya Qafqazda ehtiyac qalmayacaq və Qafqazı tərk etməyə məcbur olacaq.

Artıq bunu Rusiyanın təbliğat ruporları da bar-bar bağırmaqdadırlar. Onlar açıq şəkildə deyirlər ki, əgər ABŞ-ın planı üzrə Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalanarsa, o zaman Rusiya sülhməramlıları Qarabağı tərk edəcəklər. Rusiyanın təbliğat maşını isə bu fonda Ermənistanın deyil, məhz Azərbaycanın əleyhinə təbliğat aparır.

Ərəstun Oruclu: “Rusiyanın bu siyasəti sonucda Ermənistanı bir dövlət olaraq məhv edəcək. Azərbaycan üçünsə Rusiyanın planları ümumiyyətlə qəbuledilən deyil”.

Bu da ondan xəbər verir ki, Rusiya Cənubi Qafqazda sülhün təminat alınmasını istəmir və Moskvanın planında hələ uzun müddət AzərbaycanErmənistanı üz-üzə qoymaqdan başqa bir niyyət yoxdur. O üzdən də Kremlin təklif etdiyi plan Azərbaycan üçün də, Ermənistan üçün də qəbuledilməzdir. Bu plan ancaq fanatik revanşiqstlər üçün qəbul ediləndir.

Rusiyanın AzərbaycanErmənistan rəhbərliyinə qarşı yürütdüyü siyasət fonunda Rusiyanın bu işdə vasitəçi, həm də tərəfsiz ola biləcəyi mənə inandırıcı görünmür. Buna görə də Moskva görüşündən heç bir razılaşma gözləmirəm. Ümumiyyətlə, tam əmin də deyiləm ki, o görüş baş tutacaq. Böyük ehtimalla həm Azərbaycan, həm də Ermənistan bu görüşdən yayınaraq Brüsseldə bir araya gələcəklər. Çünki Rusiyanın planı ancaq Moskvanın bölgədəki maraqlarını qorumağa xidmət edir.

Düşünürəm ki, Rusiyanın üçtərəfli görüşü təşkil etməkdə əsas niyyəti Avropa Birliyinin əlində təşəbbüsü almaqdır. Rusiya istəyir prosesləri özü idarə etsin və münaqişəni onilliklər boyu aktiv saxlasın. Düşünmürəm ki, bu Ermənistanın xeyrinədir. Rusiyanın bu siyasəti sonucda Ermənistanı bir dövlət olaraq məhv edəcək. Azərbaycan üçünsə Rusiyanın planları ümumiyyətlə qəbuledilən deyil”.

Nərminə UMUDLU
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qusar meşəsindən bu görüntü yayıldı, polis hərəkətə keçdi - Foto

Aytən Səfərova Xəzər TV-dən uzaqlaşdırılıb?

Ermənistanda delimitasiya əleyhinə yürüş edənlər İrəvana çatıblar - Video

Şuşaya yeni həyat verilir: İlk köçün həyəcanı yaşanır - Video

İki övladını küçəyə atan ananın üçüncü övladı da əlindən alındı - Açıqlama

Bir qrup incəsənət xadiminə Prezident mükafatları veriləcək - Sərəncam

Dövlət Film Fondunun direktoru: “Çətin vəziyyətdə qalmışdıq, Hacıbaba Bağırov bizə iş verdi” - Foto  

Sumqayıtda “Azərişıq” ASC-nin əməkdaşını elektrik cərəyanı vurub

Ən çox oxunanalar