Çərşənbə, 01 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Putindən münaqişələrin həlli ilə bağlı mühüm mesaj

“Prezident Vladimir Putin son çıxışında Rusiyanın qlobal bir oyunçu olduğunu, münaqişələrin, xüsusilə, Suriya böhranının həllində mühüm ölkə olduğu mesajını verdi. Putinin bununla Rusiyanın Yaxın Şərq, Mərkəzi Asiya, Şərqi Avropa və Cənubi Qafqazda mövqeyini gücləndirəcəyini göstərdi”

PİA.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.

Ekspertin fikrincə, Putin bu siyasəti ən azı prezident seçkisinin keçiriləcəyi 2023-cü ilə qədər davam etdirəcək:

“Putin çıxışında Asiyadakı münaqişələrin həllinə toxundu və Suriya məsələsini nümunə gətirdi. Həqiqətən də Türkiyə, İranRusiya bu münaqişənin həllində fəal rol oynayır. Həmçinin Donbas məsələsinin həll prosesində.


Rusiyanın Cənubi Qafqazla bağlı planları strateji əhəmiyyət daşıyır. Bu baxımdan, bölgədəki maraqlarını qorumaq istəyən Rusiyanın Qarabağ münaqişəsinin həllində atacağı addımlar irəliləyişə gətirib çıxara bilər. Son günlərdə Kreml rəsmilərinin açıqlamalarında müəyyən qədər Qarabağla bağlı fikirlərə rast gəlinir. Hesab edirəm ki, Rusiya münaqişənin Azərbaycan sərhədləri daxilində həllinə çalışsa, bölgədəki nüfuzunu qoruyub saxlaya bilər. Amma münaqişəyə ikili standartlardan yanaşsa, buradakı təsir dairəsi xeyli zəifləyəcək.

Görünən budur ki, Putin Rusiyanın qlobal əhəmiyyətli ölkə olması yolunda konfliktlərin həllində maraqlı görünür. Putin uzaq Fras körfəzində münaqişələri yoluna qoymağa çalışırsa və plan hazırlayırsa, Qarabağ məsələsi ilə bağlı strategiyasında dəyişikliyə getməsi mümkündür”. (Teleqraf.com)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Coşqun Əliyev daha yüksək vəzifəyə gətirilir - İddia

Növbəti köç karvanı Laçına çatıb, açarlar təqdim olunub - Yenilənib

Bu il Azərbaycandan Həcc ziyarətinə səfərin vaxtı açıqlanıb

ABŞ-da atışma nəticəsində 3 polis əməkdaşı ölüb, 5-i yaralanıb

Bakıda I və II Şəhidlər xiyabanında tanınmadan dəfn edilən 13 nəfərin şəxsiyyəti müəyyənləşib - Siyahı    

Maskın sərvəti “Baidu” ilə əməkdaşlıq fonunda 37 milyard dollar artıb

Əli Mirəliyev: “Kişi botoks etdirməz, saçına rəng qoymaz” - Video    

ABŞ "Qiyamət təyyarəsi"ni göstərdi: İlk olaraq prezidenti xilas edəcək - Foto

Ən çox oxunanalar