Çərşənbə, 09 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Putin müharibə qərarını nə vaxt verib? - Detallar açıqlandı...

Rusiya prezidenti Vladimir Putin 2021-ci il fevralın sonu-martın əvvəlində genişmiqyaslı müharibəyə hazırlaşmaq qərarına gəlib...

Poliqon Rusiyanın Verstka.media-ya istinadən xəbər verir ki, müharibədən 3 ay əvvəl Kreml artıq Ukraynanı “bölüb”.

Genişmiqyaslı müharibəyə hazırlıq ən ciddi məxfi şəraitdə aparılıb.

2022-ci il iyulun 12-də Kremlin saytında Putinin “ruslar və ukraynalıların tarixi birliyi haqqında” məqaləsi dərc olunub. KİV-in məlumatına görə, onun mətni dəfələrlə dəyişib və variantlardan birində müharibənin başlanması ehtimalı ilə bağlı birbaşa işarə olub. Təhdid son versiyadan silinib.

Nəşrin mənbələrinin bildirdiyinə görə, müharibədən 3 ay əvvəl ruslar artıq Ukraynanı iri korporasiyalar arasında necə bölüşdürəcəklərini müzakirə edirdilər. İdeyaya görə, Kremlə yaxın dövlət və ya özəl korporasiyalardan biri hər bir regionun inkişafına cavabdeh olmalı idi. Putinə yaxın 3 mənbə təsdiqləyib ki, Rusiya prezidentinin işğal qərarında “son damla” onun xaç atası Viktor Medvedçukun kanallarına qarşı sanksiyalar olub.

Eyni zamanda, Putinin özü də işğalla bağlı Medvedçukla məsləhətləşməyib. Putinlə daimi əlaqəsi olan yeganə şəxs onun dostu Yuri Kovalçuk olub. İki mənbə təsdiqləyir ki, məhz o, Rusiya Federasiyası prezidentinin qərarında həlledici rol oynayıb. Pandemiya zamanı yalnız Kovalçuk karantinə düşməmək üçün Putinin iqamətgahını tərk etməyib.

Eyni zamanda, müdafiə naziri Sergey Şoyqu Putinin qərarı ilə "mübahisə etməyib, hətta sevinib". Digər elitalar artıq işğal günü bu faktla üzləşmişdilər.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prezident İlham Əliyev Moskvada MDB Dövlət Başçıları Şurasının iclasında iştirak edib - Yenilənib

Cəlilabaddakı yol qəzasında xəsarət alanların şəxsiyyəti məlum olub - Yenilənib

İsrailin İranın Suriyadakı səfirliyinin yaxınlığına hücumunun ilk görüntüləri yayılıb - Yenilənib

Tofiq Zülfüqarovdan sensasion müsahibə: “Sazişin mahiyyətini sonra dəyişmək istəyirlər”

Paşinyan: Ermənistan bu ay Azərbaycanla sülh müqaviləsi imzalamağa hazırdır - Yenilənib

Bakıda xəstəxana yaxınlığında güclü yanğın başlayıb - Yenilənib

Azərbaycanda ailədə ikinci uşağa hər ay 100 manat...

Prezident İlham Əliyev Moskvada "Rossiya 1" televiziya kanalına müsahibə verib

Efiopiyada denge epidemiyası: Səhiyyə sistemi çökür

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay