Bazar, 05 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Pulun yeyilməsindən söhbət gedə bilməz...”- Millət vəkili


Beyləqan rayonunun Dünyamalılar kəndinin sakinlərinin yolların yararsız olması ilə bağlı keçirdiyi etiraz aksiyasına 80 saylı İmişli- Beyləqan seçki dairəsindən millət vəkili seçilmiş Çingiz Qənizadə münasibət bildirib



Ç. Qənizadə “Qafqazinfo” ya açıqlamasında bildirib ki, kənd sakinləri bir ay əvvəl ona müraciət edərək yolun çəkilməməsinin nədən qaynaqlandığını araşdırmağımı xahiş etmişdilər:

"Bu yol 39 km yoldur. Birincisi Şahsevən Dünyamalılar Əhmədlilər kəndini birləşdirir. Bu yolun 20 km-i üçün pul ayrılıb və çəkilib. Qalan 19 km yol üçün isə icraçılar tərəfindən hazırlıq işləri görülüb. İnsanlar da elə biliblər ki, bu yol çəkilir”.

Millət vəkili qeyd edib ki, yolun qalan hissəsinin çəkilməsinə növbəti ilin əvvəllərində pul ayrılması nəzərdə tutulub: “Burada hər hansı pulun yeyilməsindən söhbət gedə bilməz.  Rayon icra hakimiyyətinin başçısı bu məsələ ilə  bağlı bir neçə dəfə Nazirlər Kabinetində görüş keçirib. Təşəbbüslə çıxış edib ki, gələn ilə ayrılması nəzərdə tutulan pul bu il ayrılsın. Biz yenidən vəsaitin ayrılması üçün rayon icra hakimiyyəti ilə birgə aidiyyatı qurumlara müraciət edəcəyik”.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Green card” müraciətlərinin nəticələri açıqlandı - Yenilənib

İlham Əliyevdən Xankəndi ilə bağlı sərəncam 

Şəkidə qətl hadisəsinin təfərrüatları məlum olub - Yenilənib

Əhmədbəyli-Füzuli-Şuşa yolunun son görüntüləri - Video

"Yelo Bank"dan şikayət: "Əsəbinizi korlamaq istəmirsizsə, bu bankdan uzaq durun" 

İsa Qəmbər yenidən Müsavat Partiyasının başqanı seçilib

Azərbaycan və Türkiyə XİN başçıları qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər - Yenilənib

FIFA prezidenti futbol qaydalarında daha bir dəyişiklik etməyə hazırlaşır

Yevgeni Jukov: "Azərbaycanda neft hasilatının azalması iqtisadi artıma əhəmiyyətli təsir edib"

Azərbaycanda ilin ortalarında büdcə proqnozlarına yenidən baxıla bilər

Ən çox oxunanalar