Bazar, 05 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Proxvatilov: “Qarabağda böyük müharibə gözlənilir”

Dağlıq Qarabağda böyük müharibənin gözləntiləri artır


Bu barədə “Realpolitik” akademiyasının rəhbəri, Hərbi elmlər akademiyasının eksperti Vladimir Proxvatilov deyib.

Onun sözlərinə görə, münaqişə zonasında atəşkəs rejiminə riayət olunmur: “Tərəflər bir-birini ittiham edirlər. Maraqlıdır ki, Azərbaycan Dağlıq Qarabağdakı vəziyyətlə bağlı “qətiyyətli ölçülər götürüləcək” açıqlamasından bir neçə saat sonra Rusiyanın Sankt-Peterburq və Yekaterinburq şəhərlərindəki konsullarını geri çağırdı. 

Əldə etdiyim informasiyalara görə, rəsmi Bakı Dağlıq Qarabağ məsələsində Rusiyanın Ermənistana dəstəyini kəsmək üçün fəal iş aparır. Ermənistanda isə hələ də Rusiyanın söz verdiyi 200 milyon dollarlıq silahın gəlmədiyi haqda narahat dolu açıqlamalar verilir. Erməni ekspertlər hesab edirlər ki, Rusiya silahları verməsə, o zaman İrəvan alternativ mənbələrdən silah almağa məcbur olacaq. Ermənistana silahların verilməməsi Kremlin Dağlıq Qarabağla bağlı mövqeyinin dəyişmədiyini göstərir. Azərbaycanla müharibə olacaqsa, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı da Ermənistana dəstək verməyə bilər. Mənim Ermənistandakı mənbələrim bildirirlər ki, Rusiya Ermənistana qarşı cəbhədə yer alarsa, nəticələr gözlənilməz olacaq”.

Azərbaycan Ordusunun müasir silahlarla təchiz edilməsindən, Rusiya və İsraildən alınan hərbi texnikalardan danışan ekspert Cənubi Qafqazda qızğın siyasi proseslərin baş verdiyinə diqqət çəkir. (publika.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Green card” müraciətlərinin nəticələri açıqlandı - Yenilənib

İlham Əliyevdən Xankəndi ilə bağlı sərəncam 

Şəkidə qətl hadisəsinin təfərrüatları məlum olub - Yenilənib

Əhmədbəyli-Füzuli-Şuşa yolunun son görüntüləri - Video

"Yelo Bank"dan şikayət: "Əsəbinizi korlamaq istəmirsizsə, bu bankdan uzaq durun" 

İsa Qəmbər yenidən Müsavat Partiyasının başqanı seçilib

Azərbaycan və Türkiyə XİN başçıları qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər - Yenilənib

Yevgeni Jukov: "Azərbaycanda neft hasilatının azalması iqtisadi artıma əhəmiyyətli təsir edib"

FIFA prezidenti futbol qaydalarında daha bir dəyişiklik etməyə hazırlaşır

Azərbaycanda ilin ortalarında büdcə proqnozlarına yenidən baxıla bilər

Ən çox oxunanalar