Cümə, 13 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Prezident İlham Əliyev Rauf Arifoğlunu təltif etdi

"Yeni Müsavat" Media Qrupunun rəhbəri, Əməkdar jurnalist Rauf Arifoğlu "Heydər Əliyevin 100 illiyi (1923-2023)" yubiley medalı ilə təltif edilib...

Poliqon xəbər verir ki, Rauf Arifoğlu Prezident İlham Əliyevin 2 fevral 2024-cü il tarixli, 4289 nömrəli Sərəncamı ilə təltif olunub.

Yubiley medalını Rauf Arifoğlu və bir qurup ictimai xadimə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev təqdim edib.

Təqdimat mərasimində çıxış edən Rauf Arifoğlu ali təltifə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib. O deyib ki, bu ali mükafat ona və rəhbərlik etdiyi media qrupa olan yüksək etimadın, inamın göstəricisidir. Müzəffər Ali Baş Komandan, Azərbaycanı qələbələrə, zəfərlərə çıxartmış İlham Əliyevin imzası ilə belə bir mükafata layiq görülmək onun üçün şərəfdir. Heydər Əliyev kimi böyük siyasətçinin, Azərbaycan dövlətinin qoruyucusunun və bugünkü zəfərlərimizin əsasını qoyan ümummilli liderin adını daşıyan medala layiq görülmək həm də böyük məsuliyyət yaradır. Bu məsuliyyətin fərqində olaraq, Azərbaycan dövlətinə və dünya türklüyünün maraqlarına xidmətə davam edəcəyik.

"Heydər Əliyevin 100 illiyi" yubiley medalı Azərbaycanın mövcud olan medalları sırasında statusuna görə birincidir.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Yeməklərdən sonra çay və ya kofe içənlərin nəzərinə!

“Məni uzaqlaşdırmaq üçün səsvermə keçirirlər” - Ramiz Rövşənin oğlu

Onların dairəsində 6 məntəqənin nəticələri ləğv edildi - Rəsmi

Politoloq: Rusiya bu durumda nüvə silahı işlətməkdən çəkinməyəcək...

Bin Ladeni öldürən dəstə bu ölkədə müharibəyə hazırlaşır

Tramp və Harrisin İsrail sevgisi... - Qəzzada baş verənlər fonunda bu utancverici deyilmi?

Kreml Ərdoğanın Krımla bağlı mövqeyinə münasibət bildirib

Ən çox oxunanalar