Bazar, 05 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Prezident İlham Əliyev Özbəkistanın Baş nazirinin müavinini qəbul edib - Yenilənib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 24-də Özbəkistan Respublikasının Baş nazirinin müavini, turizm və mədəni irs naziri Aziz Abduhakimovu qəbul edib.

PİA.az xəbər verir ki, Aziz Abduhakimov Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin salamlarını dövlətimizin başçısına çatdırıb.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Özbəkistan dövlətinin başçısına çatdırmağı xahiş edib.

Görüşdə Azərbaycan ilə Özbəkistan arasında dostluq münasibətlərinin müxtəlif sahələrdə - siyasi, iqtisadi, nəqliyyat və digər sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb, bu baxımdan qarşılıqlı səfərlərin önəmi qeyd edilib.

Söhbət zamanı Şamaxının Türk Dövlətləri Təşkilatı tərəfindən Türk Dünyasının Turizm Paytaxtı seçilməsi və orada Təşkilata üzv ölkələrin turizm nazirlərinin VII iclasının keçirilməsinin önəminə toxunulub. Bu tədbirin Təşkilata üzv dövlətlər arasında turizm sahəsində əməkdaşlığın genişləndirilməsi işinə töhfə verəcəyinə əminlik ifadə olunub.

Dövlətimizin başçısı Füzuli rayonunun erməni işğalından azad edilmiş ərazisində Özbəkistan Prezidentinin məktəb binasının tikintisi ilə bağlı təşəbbüsünü yüksək qiymətləndirdiyini bir daha qeyd edib.

Prezident İlham Əliyev bildirib ki, ölkələrimizdə tarixi baxımdan xeyli sayda görməli yerlərin və dünya əhəmiyyətli tarixi abidələrin mövcudluğu nəzərə alınaraq turizm sahəsində əməkdaşlığın genişləndirilməsi üçün yaxşı potensial var.

Qonaq turizmlə bağlı ölkələrimizin müvafiq qurumları arasında səmərəli əməkdaşlığın həyata keçirildiyini vurğulayıb və Şamaxıdakı tədbirdə iştirakından məmnunluğu ifadə edib.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 24-də Özbəkistanın Baş nazirinin müavini, turizm və mədəni irs naziri Aziz Abduhakimovu qəbul edib.

PİA.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Green card” müraciətlərinin nəticələri açıqlandı - Yenilənib

Şəkidə qətl hadisəsinin təfərrüatları məlum olub - Yenilənib

İlham Əliyevdən Xankəndi ilə bağlı sərəncam 

İsa Qəmbər yenidən Müsavat Partiyasının başqanı seçilib

Azərbaycan və Türkiyə XİN başçıları qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər - Yenilənib

Azərbaycanda ilin ortalarında büdcə proqnozlarına yenidən baxıla bilər

Əhmədbəyli-Füzuli-Şuşa yolunun son görüntüləri - Video

"Yelo Bank"dan şikayət: "Əsəbinizi korlamaq istəmirsizsə, bu bankdan uzaq durun" 

FIFA prezidenti futbol qaydalarında daha bir dəyişiklik etməyə hazırlaşır

Ən çox oxunanalar