Çərşənbə, 01 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Polşa və Ukrayna sərhədində 2 min yük maşınından ibarət növbə yaranıb

Polşa və Ukrayna sərhəddində Polşa daşıyıcıları tərəfindən üç nəzarət-buraxılış məntəqəsinin bağlanması fonunda, təxminən 2 min yük maşını növbəyə durub...

Poliqon xəbər verir ki, bu barədə Ukrayna Sərhəd Xidmətinin nümayəndəsi məlumat verib.

““Rava-Russkaya-Qrebnoye”, “Krakovets-Korçeva”, “Yaqodin-Doroqusk” keçid məntəqələrinin blokadası davam edir. Polşa sərhədçilərinin bu gün səhər saatlarına olan məlumatına görə, Ukraynaya doğru bu üç istiqamətdə 1350 yük maşını növbəyə durub”, deyə Ukrayna departamentinin rəhbəri Andrey Demçenko “Ukrinform”a müsahibəsində bildirib.

Yanvarın 6-da axşam saatlarında blokdan çıxarılan “Şegini-Medika” məntəqəsi ərazisində daha 550 yük maşını dayanıb. Bundan əlavə, Slovakiya ərazisində Ujqorod məntəqəsi yaxınlığında Ukraynaya doğru 400 yük maşını növbədə dayanıb.

Qeyd edək ki, noyabr ayından etibarən Polşa daşıyıcıları vaxtaşırı Ukrayna sərhədində tətil keçirirlər. Onlar Polşa hakimiyyətinin Ukraynadan gələn sürücülərə edilən güzəştlərə etiraz edirlər.

Dekabr ayında Ukrayna-Polşa sərhədində də 2 minə yaxın yük maşını növbəyə dayanmışdı. Bundan sonra dekabrın 22-də Polşanın xarici işlər naziri Radoslav Sikorski Kiyevə səfər edib. Bununla belə, iki ölkənin hakimiyyət orqanları sərhəddə blokada probleminin həllinə nail ola bilməyib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Coşqun Əliyev daha yüksək vəzifəyə gətirilir - İddia

Növbəti köç karvanı Laçına çatıb, açarlar təqdim olunub - Yenilənib

Bu il Azərbaycandan Həcc ziyarətinə səfərin vaxtı açıqlanıb

ABŞ-da atışma nəticəsində 3 polis əməkdaşı ölüb, 5-i yaralanıb

Bakıda I və II Şəhidlər xiyabanında tanınmadan dəfn edilən 13 nəfərin şəxsiyyəti müəyyənləşib - Siyahı    

Maskın sərvəti “Baidu” ilə əməkdaşlıq fonunda 37 milyard dollar artıb

ABŞ "Qiyamət təyyarəsi"ni göstərdi: İlk olaraq prezidenti xilas edəcək - Foto

Əli Mirəliyev: “Kişi botoks etdirməz, saçına rəng qoymaz” - Video    

Ən çox oxunanalar