Çərşənbə, 01 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Polşa Avropa Komissiyasının miqrantlarla bağlı təklifini qəbul etməyib

Polşa hökuməti Belarusla sərhəddə miqrantlarla bağlı vəziyyətin nizamlanmasına dair Avropa Komissiyasının təklif etdiyi tədbirləri qəbul etməyib.

APA-nın xəbərinə görə, Polşanın Avropa İttifaqındakı səfiri Andjey Sados sığınacaq müraciətlərinin qeydiyyatı və onlara baxılması müddətinin uzadılmasını səmərəsiz adlandırıb. Onun sözlərinə görə, miqrantlara sığınacaq verilməsi prosesi dayandırılmalıdır.

Avropa Komissiyası miqrant axını ilə əlaqədar Polşa, Litva və Latviyaya sığınacaq verilməsi prosedurlarını müvəqqəti olaraq yumşaltmağı təklif edib. Qeyd olunur ki, əgər Brüsselin təklifi qəbul edilsə, üzv ölkələr sığınacaq müraciətlərinin qeydiyyatı müddətini 3-10 gündən 4 həftəyədək artıra biləcəklər. Bu, müraciətlərin birbaşa sərhəddə yoxlanmasına imkan verəcək. Polşa tərəfi isə hesab edir ki, bu tədbirlər Polşa, Latviya və Litvanın yükünü daha da artıracaq.

Avropa Komissiyasının məlumatına görə, ilin əvvəlindən ittifaq ərazisinə Belarus vasitəsilə 8 minə yaxın miqrant gəlib. Onlardan 4300-ü Litvaya, 3200-ü Polşaya, 400-dən çoxu Latviyaya keçib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Coşqun Əliyev daha yüksək vəzifəyə gətirilir - İddia

Növbəti köç karvanı Laçına çatıb, açarlar təqdim olunub - Yenilənib

Bu il Azərbaycandan Həcc ziyarətinə səfərin vaxtı açıqlanıb

ABŞ-da atışma nəticəsində 3 polis əməkdaşı ölüb, 5-i yaralanıb

Bakıda I və II Şəhidlər xiyabanında tanınmadan dəfn edilən 13 nəfərin şəxsiyyəti müəyyənləşib - Siyahı    

Maskın sərvəti “Baidu” ilə əməkdaşlıq fonunda 37 milyard dollar artıb

ABŞ "Qiyamət təyyarəsi"ni göstərdi: İlk olaraq prezidenti xilas edəcək - Foto

Əli Mirəliyev: “Kişi botoks etdirməz, saçına rəng qoymaz” - Video    

Ən çox oxunanalar