Çərşənbə, 01 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Peyvənd artıq iynəsiz və ağrısız olacaq - Yenilik


Kaliforniya Universitetinin alimləri (ABŞ, Berkli) peyvəndi orqanizmə iynəsiz və ağrısız yeritməyə imkan verən qurğu hazırlayıblar


PİA.AZ Trend-ə istinadən bildirir ki, bu barədə "Naked Science" portalı xəbər verib. 

Məlumata görə, peyvənd və digər ağrılı prosedurlar yaxın vaxtlarda keçmişdə qala bilər. Onları Kaliforniya Universitetində hazırlanmış yeni metod əvəzləyəcək. Lazımlı preparatlar orqanizmə həb böyüklükdə "MucoJet" qurğusunun köməyi ilə yeridiləcək. Miniatür kapsul yanağın daxili hissəsinin selikli qatını deşərək, preparatı orqanizmə daxil edir. Qurğu müəlliflərinin sözlərinə görə, bu, tamamilə ağrısız prosesdir.

"MucoJet" ucunda diametri 7 millimetr olan kürə yerləşən 15 millimetrlik silindrdir. Pasiyent birincisi su, ikincisi limon turşusu və qida sodasından ibarət quru kimyəvi reaktiv yanacaqla dolu olan bölmələri ayıran nazik membranı deşmək üçün kürəni ehmalca sıxmalıdır. Onların içərisindəki maddələr qarışanda xırda porşeni hərəkətə gətirmək üçün yetərli təzyiq yaranır və vaksini yüksək sürətlə kiçik deşikdən çıxarır.

Yeni qurğu artıq donuz və ev dovşanları üzərində sınaqdan keçirilib. Sınağın nəticələri yeni üsulun inyeksiyalı peyvənddən üstün olduğunu göstərib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakı Yelizavetpol xəritəsini təklif etsə… - İoannisyan

Məşhur ifaları ilə tanınan müğənni Züleyxa Rəhimi vəfat etdi - Foto,Video

Yadplanetlilər bu partlayışda məhv olub - Şok iddia

Bu il Azərbaycandan Həcc ziyarətinə səfərin vaxtı açıqlanıb

Növbəti köç karvanı Laçına çatıb, açarlar təqdim olunub - Yenilənib

Korrupsiya əməliyyatı aparılan qurumdan görüntülər - Video

Ukraynada vəziyyət gərginləşib: Odessa və Xarkovda kütləvi hücumlar - Video

May ayında gözlənilən maqnit qasırğaları: Ən təhlükəlisi nə vaxt olacaq?

Ən çox oxunanalar