Çərşənbə, 01 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Peskov: Rusiyanın növbəti prezidenti Putinlə eyni olmalıdır

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, dövlətin növbəti rəhbəri Vladimir Putinlə eyni olmalıdır...

Poliqon xəbər verir ki, o, bu barədə "MGIMO 360" tələbə xəbər kanalına müsahibəsində bildirib.

"Vladimir Putindən sonra ölkə rəhbəri necə olmalıdır" sualına Peskov qısaca olaraq "Eyni" cavabını verib. Bunun mümkün olub-olmadığını soruşduqda, mətbuat kativi növbəti prezidentin Putinlə "fərqli, lakin eyni" ola biləcəyinə aydınlıq gətirib.

"Putin hələ ki, namizədliyini irəli sürmək niyyətini açıqlamayıb, amma mən onun bunu edəcəyinə ürəkdən inanmaq istəyirəm. Onun seçkidə qalib gələcəyinə şübhəm yoxdur. Putinin bundan sonra da prezidentimiz olacağına şübhəm yoxdur", deyə Peskov bildirib.

Noyabrın 6-da "Reuters" mənbələrə istinadən bildirib ki, Putin 2030-cu ilə qədər hakimiyyətdə qalmağa imkan verəcək martda keçiriləcək prezident seçkilərində iştirak etmək qərarına gəlib.

Agentliyin mənbələri iddia edir ki, Putinin qərarı ilə bağlı xəbərlər artıq sızıb və onun müşavirləri hazırda seçki kampaniyasına və Rusiyanın hazırkı prezidentinin seçilməsinə hazırlaşır. "Reuters"in məlumatına görə, bunun bir işarəsi bir neçə həftə ərzində görünməlidir.

Lakin daha sonra Peskov vurğulayıb ki, Putinin seçki kampaniyasının başlanması hələ rəsmi olaraq elan olunmayıb.

Poliqon.info


Etiket: Peskov Rusiya Putin


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakı Yelizavetpol xəritəsini təklif etsə… - İoannisyan

Məşhur ifaları ilə tanınan müğənni Züleyxa Rəhimi vəfat etdi - Foto,Video

Yadplanetlilər bu partlayışda məhv olub - Şok iddia

Korrupsiya əməliyyatı aparılan qurumdan görüntülər - Video

May ayında gözlənilən maqnit qasırğaları: Ən təhlükəlisi nə vaxt olacaq?

Ukraynada vəziyyət gərginləşib: Odessa və Xarkovda kütləvi hücumlar - Video

Prezident VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində iştirak edib, nitq söyləyib - Yenilənib

Əməkdar artist Cəlilabadda məscid tikdirib - Video

Elçin Əmirbəyov: "Papa Fransisk Həzrətlərinin Bakı və İrəvanın sülhün əldə edilməsinə göstərdiyi diqqəti yüksək qiymətləndiririk"

Ən çox oxunanalar