Şənbə, 05 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Pentaqon İsrailə xəbərdarlıq edib: Livanla sərhəddə vəziyyəti gərginləşdirməyin...

ABŞ-ın müdafiə naziri Lloyd Ostin israilli həmkarı Yoav Qallanta İsrail və Livan sərhədində gərginliyin artmasında İsrailin rolundan narahatlığını bildirib...

Poliqon xəbər verir ki, bu barədə Amerikanın Axios nəşri İsrail və Amerika mənbələrinə istinadən məlumat yayıb. Nəşr yazır ki, Ostinin Qallanta göndərdiyi mesaj, Ağ Evin İsrailin Livandakı hərbi hərəkətlərinin sərhəd boyu gərginliyi artırması və bunun regional müharibəyə səbəb ola biləcəyi ilə bağlı artan narahatlığını əks etdirir.

Mənbələrin bildirdiyinə görə, Bayden administrasiyasında bəziləri İsrailin “Hizbullah”ı təhrik etməyə və Livanda ABŞ və digər ölkələri daha da münaqişəyə sürükləyə biləcək daha geniş müharibə üçün bəhanə yaratmağa çalışmasından narahatdırlar. İsrail rəsmiləri bunu qəti şəkildə təkzib edir.

Axios yazır ki, Qəzzada müharibə başlayandan bəri İsrail və Livan sərhədində hər gün toqquşmalar baş verir. “Hizbullah” İsrailin sərhəddə yerləşən postlarına tank əleyhinə raketlər atır, İsrail isə “Hizbullah” mövqelərinə hava zərbələri endirir. Bu qarşılıqlı hücumlarda on İsrail əsgəri və mülki şəxs, həmçinin 60-dan çox “Hizbullah” döyüşçüsü və bir neçə livanlı mülki şəxs həlak olub.

İsrail “Hizbullah”ın mümkün hücumuna qarşı ehtiyat tədbiri olaraq sərhədə yaxın İsrail kənd və qəsəbələrindən on minlərlə dinc sakini təxliyə edib.

ABŞ mənbəsi bildirib ki, Ağ Ev Ostindən İsrailin Livanda artan hərbi əməliyyatları ilə bağlı Qallanta narahatlığını bildirməyi xahiş edib.

İki müdafiə nazirinin söhbəti ilə bağlı rəsmi açıqlamaya görə, Ostin Livanı xüsusi qeyd etmədən “Qəzza zolağında münaqişənin cilovlanması və regional gərginliyin qarşısının alınmasının vacibliyini vurğulayıb”.

Bununla belə, ABŞ və İsraildəki iki mənbə nazirlərin birbaşa və səmimi söhbət etdilkərini söyləyiblər və Ostin İsrailin Livandakı hərbi hərəkətləri ilə bağlı narahatlıqlarını xüsusi qeyd edib.

İsrailli mənbə bildirib ki, Ostin Qallantdan İsrailin Livandakı hava hücumlarına aydınlıq gətirməsini istəyib və ondan İsraillə “Hizbullah” arasında genişmiqyaslı müharibəyə gətirib çıxara biləcək addımlardan qaçmasını istəyib. Qallant Ostinə İsrailin siyasətinin Livanda ikinci cəbhə açmaq niyyətində olmadığını söyləyib və belə bir ssenarinin olacağını düşünmədiyini vurğulayıb.

Qallant həmçinin bildirib ki, “Hizbullah” hücumlarını artırır, o cümlədən Suriyadan Eilat şəhərinə pilotsuz təyyarə hücumu ilə İsrailə zərbələr vurmağa çalışır. Yəhudi nazirOstinə “Hizbullah odla oynayır”, deyib.

Axios qeyd edir ki, Bayden administrasiyası Livan hökumətinə və digər regional güclərə təzyiq edir ki, “Hizbullah”ın müharibəyə girməsinin qarşısını almaq üçün mümkün olan hər şeyi etsinlər.

Prezident Baydenin baş müşaviri Amos Hoşteyn keçən həftə Livana səfər edib və Livan parlamentinin spikeri Nəbih Berri və digər Livan rəsmiləri vasitəsilə “Hizbullah”a vəziyyəti gərginləşdirməməsi üçün sərt şəkildə xəbərdarlıq edib.

Səfər zamanı Hoşteyn “Birləşmiş Ştatların Qəzza zolağındakı münaqişənin Livana sıçramasını istəmədiyini və İsrail-Livan sərhədində sakitliyin bərpasının həm Livan, həm də İsrail üçün ən yüksək prioritet olduğunu təsdiqləyib.

Mənbələr bildiriblər ki, Bayden administrasiyasında Hoşteynin səfəri zamanı və ondan sonra belə təəssürat yaranıb ki, Livan hökuməti və ictimaiyyəti, eləcə də “Hizbullah” İsraillə müharibədə maraqlı deyil.

Nəşrin yazdığına görə, Bayden administrasiyasının rəsmiləri “Hizbullah” lideri Həsən Nəsrullahın keçən həftə söylədiklərinin daha da gərginləşdirməyə çağırmadığından razıdırlar və bunu onların mesajının eşidilməsinin əlaməti kimi görürlər.

Qəzet qeyd edir ki, Bayden administrasiyası “Hizbullah”ı İsraillə münaqişəni əhəmiyyətli dərəcədə genişləndirə biləcək şəkildə cavab verməyə sövq edə biləcək iki hadisədən təşvişə düşüb. Hadisələrin birində İsrailin Livanın cənubunda hava hücumu nəticəsində bir avtomobilə ziyan dəyib, yaşlı qadın və onun üç nəvəsi həlak olub. İsrail ordusunun bunu etiraf etməsi bir neçə gün çəkib.

İkinci insident isə şənbə günü Ostin və Qallant arasındakı söhbətdən əvvəl, İsrail hərbçiləri sərhəddən təxminən 25 mil şimalda pilotsuz uçan aparatla zərbə endirərkən baş verib. Bu, müharibə başlayandan bəri Livana qarşı ən dərin zərbə olub.

İsrailli mənbə bildirib ki, Bayden administrasiyasının rəsmiləri də Qallantın “Hizbullah”a qarşı təhdidlərindən narahatdır və bu təhdidlərin yalnız gərginliyi artıracağına inanır.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - Yenilənib

Qonşusunun yetim uşağını döyə-döyə diləndirdi: Bakıda görünməmiş vəhşilik

Tağı Əhmədovu ağır vəziyyətdə Təzəpirə gətirdilər

Baş nazir Əhməd Əhmədzadənin vəzifəsini dəyişdi

Azərbaycanda həbs olunsa da rütbəsi alınmayan yeganə general

Nəsimi rayonunun bir qrup sakini Birinci vitse-prezidentə və "İDEA" İctimai Birliyinin sədrinə müraciət ünvanlayıb

Prezident: Azərbaycanın daha böyük coğrafiyada önəmli ölkəyə çevrilməsi prosesi bundan sonra da uğurla gedəcək

SOCAR: Karbamid Zavodunda istixana qazlarının emissiyası azaldılıb

Putin doğum günündə MDB liderləri ilə görüşəcək

Arxeologiyanın ürəyi Türkiyənin Şanlıurfasında döyünür – Fotolar

Ən çox oxunanalar