Cümə axşamı, 09 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Pənah Hüseyn koronavirusa yoluxub

Son günlər ölkədə koronavirusa yoluxanların sayında artım müşahidə olunmaqdadır. Son bir həftədir ki, yoluxanların sayı 300-400 arasında dəyişir. Yalnız bu günə olan rəsmi məlumata görə, son sutkada yoluxma sayı 297 nəfər olub, 3 nəfər isə virusdan dünyasını dəyişib.

Koronavirusa yeni yoluxanlar arasında AXP lideri, sabiq baş nazir Pənah Hüseyn və “Yeni Müsavat” qəzetinin əməkdaşı Məhəmməd Türkmən də var.

Bəs hazırda onların vəziyyət necədir, müalicələrini hansı şəraitdə alırlar?

Məsələ ilə bağlı AXP lideri, sabiq Baş nazir Pənah Hüseynin rəyini almağa çalışsaq da, telefon zənglərimiz cavabsız qaldı. Oğlu Vaqif Hüseyn saytımıza açıqlama verərək, bildirdi ki, hazırda atası ev şəraitində müalicə alır, vəziyyəti stabildir.

Vaqif Hüseyn

“Yeni Müsavat” qəzetinin əməkdaşı Məhəmməd Türkmən isə qeyd etdi ki, koronavirus testi pozitiv çıxan gündən xəstəxanada müalicə alır: “Artıq iki gündür ki, “Yeni Klinika”da müalicə alıram. Burada müalicəm yaxşı gedir. Ən azından evdə olanda çox gərgin olurdum. Boğulmalar mənə əlavə problemlər yaradır, təzyiqimə təsir edirdi. Lakin burada qismən rahatam. Xəstəxanaya yerləşdirildiyim gündən tibbi personal mənə hər cür qayğı göstərir. Daim nəzarət altındayam, hər gün müayinələr aparılır, vaxtlı vaxıtnda dərmanları qəbul edirəm. Hazırda dad bilməm yoxdur, yəqin ki, bu hələ bir müddət bərpa olnmayacaq.Həkimin dediyinə görə yaxlın vaxtlarda sağalacam, lakin konkret tarix deyilmir”.

Məhəmməd Türkmən

Qeyd edək ki, Azərbaycanda indiyədək ümumilikdə 237 260 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 229 915 nəfər müalicə olunaraq sağalıb, 3 250 nəfər vəfat edib. Hazırda 4 095 aktiv xəstə var.

pia.az 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Paşinyan Qərbi Azərbaycan ideyasının ortadan qaldırdığını deyir...

Ermənilər Nizaminin kəlləsini oğurlayıblar: Xalq artistinin iddiasına alimdən şok cavab

Ərəstun Oruclu: Bu “qırmızı xətt” söhbəti artıq Rusiyada bir gülüş predmetinə çevrilib...

Birnəfərlik elektrik təyyarələrinin satışına başlanıldı

Bakıda talassemiyalı uşaqların valideynlərinə 1 milyon "atıb"lar - Məşhur həkimin adı cinayət dosyesində

Bakıda narkotik satanlara qarşı əməliyyat - Video

Rusiya Paşinyana qarşı cəbhələri vahid mərkəzdə birləşdirib Ermənistandakı mövqelərini bərpa edə biləcəkmi?

UEFA Konfrans Liqasında ilk finalçı müəyyənləşib

Ərdoğan Əli Əsədovu qəbul edib, ona COP-29-la bağlı rəsmi dəvət məktubu təqdim olunub - Yenilənib

Flora Kərimova: “Finala keçməyə qoymadılar”

Ən çox oxunanalar