Çərşənbə, 21 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Patriot” 5 dəqiqə ərzində Rusiyanın 5 təyyarəsini məhv edib

Qərb tərəfdaşlarından hava hücumundan müdafiə sistemlərinin müasir modellərini alandan bəri Ukrayna işğalçıların əvvəllər müqavimət göstərə bilmədiyi silahlarını vura bilib...

Bu, xüsusən də bir neçə ay əvvəl “məğlubedilməz” sayılan “Kinjal” raketlərinə aiddir.

"İndi bizdə artıq 15 vurulmuş "Kinjal" var. Üstəlik, Kiyevə doğru uçan daha onlarla ballistik raket. "Patriot" özünü sübut etdi", - Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin nümayəndəsi Yuri İqnat Ukrayna mediasına müsahibəsində vurğulayıb.

İqnat bunun ilk dəfə 2023-cü il mayın 4-də baş verdiyini xatırladıb.

Bundan əlavə, bu sistemlərin köməyi ilə düşmənin bir neçə təyyarəsini məhv etmək mümkün olub. Həmin vaxt onlar Rusiya Federasiyasının Bryansk vilayətinin üzərində səmada olub. “Bu, mayın 13-də baş verdi - həmin gün ruslar ən azı bir Su-34 və Su-35, iki nadir Mi-8MTPR-1 elektron müharibə helikopteri və bir Mi-8 itirdi”.

"Bu, Hərbi Hava Qüvvələri komandanının rəhbərliyi altında parlaq əməliyyat idi. "Patriot" hava hücumundan müdafiə sistemi bölmələrinin qeyri-ənənəvi qətiyyətli hərəkətləri sayəsində beş dəqiqə ərzində Bryansk istiqamətində beş təyyarə məhv edildi”, - İqnat əlavə edib. (AzPolitika.info)

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

FHN-in güllələnən sabiq əməkdaşı ilə bağlı yeni təfərrüat 

Politoloq: Ərdoğan öz yerinə layiqli namizədlər hazırlayıb...

Azərbaycanın məşhur şirkəti istehsalı və satışı dayandırdı

Ukrayna Kurskda möhkəmlənir, Rusiya Donetski ələ keçirir...

'Əkinçilik" Elmi Tədqiqat İnstitunun deputatlığa namizəd direktoru milyonluq villa tikdirir? - İddia

Sevda Sanaliyevanı təqib edən şəxs polisə çağırıldı

Elxan Şahinoğlu: Putin demək istədi ki, Kreml Cənubi Qafqazdakı maraqlarını arxa plana keçirməyəcək...

Azərbaycanda polis kapitanının ölümünün təfərrüatı məlum olub - Foto

Lukaşenko: Ermənilər bizdən başqa kimə lazımdır?

Rusiya bazarında satılan erməni konyaklarının 90 faizi təhlükəlidir

Ən çox oxunanalar