Çərşənbə, 21 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Paşinyanın sensasion etirafı: ordumuzun bütün Qarabağı azad etməsi an məsələsi imiş!

Ermənistan baş naziri Nikol Paşinyan xalqa müraciət edib və Qarabağa dair üçtərəfli razılaşmanı imzalamasının səbəblərini açıqlayıb. Onun sözlərinə görə, Ermənistan və onun xalqı çox çətin günlərini yaşayır. İnsanların qəlbində hüzn, kədər, gözlərində yaş var.

“Sentyabrın 27-də müharibə başladı, bu müharibə ictimai məyusluğa və bir çox suallara gətirib çıxaran sənədin imzalanması ilə yekunlaşdı, indi məndən bu suallara cavab gözləyirlər. Nəyə görə bu sənəd imzalandı? Bu o zaman baş verdi ki, Baş qərargah hər dəqiqənin çox mühüm olduğunu bildirdi və , hərbi əməliyyatların dayandırılmasının lazım olduğunu dedi”,-Paşinyan deyib.

O qeyd edib ki, Xankəndinin itirilməsi təhlükəsi olduqca real idi.

“Bir çoxları deyirlər ki, əgər Hadrutla Şuşanı itirmişdiksə o zaman nə fərqi vardı, Stepanakerti (Xankəndi) də itirərdik. Əslində isə Stepanakertin itirilməsi dərhal Əsgəranın və Mardakertin (Ağdərə) də itirilməsinə gətirib çıxaracaqdı. Bu şəhərləri müdafiə etmək üçün kifayət qədər döyüş qabiliyyətli qüvvələr də olmayacaqdı. Bu rayonların itirilməsi nəticəsində bizim müdafiə rayonlarımız düşmənin mühasirəsinə düşəcəkdi. 20 mindən çox əsgər və zabitimiz üzük kimi mühasirədə qalıb ya ölməli, ya əsir düşməli idi. Bundan başqa Kəlbəcərin və Laçın rayonlarının da itirilməsi qaçılmaz olacaqdı”,-Nikol Paşinyan döyüşlərin son günlərində yaranmış operativ situasiyanı ilk dəfə açıqlayaraq bildirib.

Onun sözlərinə görə, komandirin ən mühüm vəzifəsi əsgərlər qarşısında döyüş vəzifəsi qoymaqdır. Lakin əsgər hadisələrin sonrakı inkişafına heç cür təsir edə bilmirsə bu vəzifənin də öhdəsindən gələ bilməz və sadəcə olaraq həlak olacaq, o zaman vətən əsgər həyatı naminə yeni qurbanlar verəcək. “Bax məhz buna görə mən bu kədərli sənədi imzaladım. Mən 25 min əsgər və zabitimizin karyerasını və sağ qalmasını əsas tutdum”,-Paşinyan deyib.(virtualaz.org)

pia.az

 

 

 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

FHN-in güllələnən sabiq əməkdaşı ilə bağlı yeni təfərrüat 

Politoloq: Ərdoğan öz yerinə layiqli namizədlər hazırlayıb...

Azərbaycanın məşhur şirkəti istehsalı və satışı dayandırdı

Ukrayna Kurskda möhkəmlənir, Rusiya Donetski ələ keçirir...

'Əkinçilik" Elmi Tədqiqat İnstitunun deputatlığa namizəd direktoru milyonluq villa tikdirir? - İddia

Azərbaycanda polis kapitanının ölümünün təfərrüatı məlum olub - Foto

Sevda Sanaliyevanı təqib edən şəxs polisə çağırıldı

Elxan Şahinoğlu: Putin demək istədi ki, Kreml Cənubi Qafqazdakı maraqlarını arxa plana keçirməyəcək...

Lukaşenko: Ermənilər bizdən başqa kimə lazımdır?

Bədəl Bədəlov əsəbiləşdi: "Rövnəq Abdullayev mənə dəstək verib?"

Ən çox oxunanalar