Şənbə, 05 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Paşinyanın oğlunun qaçırılmasında şübhəli bilinən erməni hərbçilərinin valideynləri saxlanılıb – Yenilənib, Video

Kadrlarda Aşot Paşinyanın avtomobildən özünü atdığı görünür...

Ermənistan İstintaq Komitəsi ölən hərbçinin anasını baş nazir Nikol Paşinyanın oğlu Aşot Paşinyanın oğurlanması ilə bağlı saxlayıb.

APA yerli mediaya istinadən xəbər verir ki, Paşinyanın oğlu küçədə 44 günlük müharibədə həlak olan hərbçilərin valideynləri ilə təsadüfən rastlaşıb.

Həmin şəxslər Aşotu maşına əyləşməyə dəvət edib.

“Aşot Paşinyan onun davranışını qeyri-adekvat hesab edərək maşını saxlamağı tələb edib. Amma qadın itirəcəy heç bir şeyin olmadığını bildirərək onu öldürüb Yerablur qəbristanlığına aparacağını deyib”, - deyə qeyd olunub.

Baş nazirin oğlu gənc maşından düşə bilsə də, onu başqası vurub.

Oğurluq maddəsi ilə iş açılıb, qadın saxlanılıb. Hadisənin bütün motivlərinin müəyyən edilməsi üçün zəruri tədbirlər həyata keçirilir.

Aşot Paşinyanın xəsarət alması faktı üzrə məhkəmə-tibbi ekspertizası təyin edilib.

***

Paşinyanın oğlunun qaçırılmasına cəhdin görüntüləri yayılıb.

Kadrlarda Aşot Paşinyanın avtomobildən özünü atdığı görünür. Bildirilir ki, artıq Ermənistan İstintaq Komitəsi məsələ ilə bağlı adam oğurluğu maddəsi üzrə cinayət işi açıb.

***

“Aşot Paşinyan könüllü olaraq ölən hərbçilərin valideynlərinin maşınına minib, zorakılıq olmayıb”.

Bu barədə Qarabağ müharibəsində həlak olan hərbçilərin valideynləri tərəfindən yaradılan ictimai təşkilatının üzvlərindən biri Qarik Qaleyan deyib.

Ölən erməni hərbçinin atası adam oğurluğuna cəhdin olmadığını vurğulayıb.

Onun sözlərinə görə, valideynlər təsadüfən baş nazir Nikol Paşinyanın oğlu ilə küçədə rastlaşıblar. Ölən erməni əsgərlərinin birinin anası ona Yerablur hərbi panteonuna getməyi və “atası ilə anasının nə etdiyini” görməyi təklif etdi. Aşot Paşinyan özü maşına minib, ona heç kim toxunmayıb.
O, Paşinyanın xəsarət alması ilə bağlı xəbərləri də təkzib edib:

“Gəncin özü qapını açıb, maşından atılıb qaçıb”.

***

Ermənistanın baş naziri Nikol Paşinyanın oğlu Aşotu evlərinin yanındakı ərazidən qaçırmağa cəhd ediblər.

Paşinyan ailəsinə məxsus “Haykakan Jamanak” qəzeti yazır ki, ilkin məlumatlara görə, oğurluğa cəhd edən şəxslər Qarabağ müharibəsində həlak olan hərbçilərin valideynləri tərəfindən yaradılan “Oğulların çağırışı” ictimai təşkilatının üzvləridir.

Bildirilir ki, onlar Aşot Paşinyanı maşına minməyə məcbur ediblər, lakin avtomobil dayanan zaman o qaçmağa müvəffəq olub, bundan sonra A.Paşinyanı eyni təşkilatın arxadan gələn maşını vurub.

O, ayağından xəsarət alıb, hüquq-mühafizə orqanlarına müraciət edib, ictimai təşkilatın üzvləri hadisə yerini tərk ediblər.(oxu.az)

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - Yenilənib

Qonşusunun yetim uşağını döyə-döyə diləndirdi: Bakıda görünməmiş vəhşilik

Tağı Əhmədovu ağır vəziyyətdə Təzəpirə gətirdilər

Baş nazir Əhməd Əhmədzadənin vəzifəsini dəyişdi

Azərbaycanda həbs olunsa da rütbəsi alınmayan yeganə general

Nəsimi rayonunun bir qrup sakini Birinci vitse-prezidentə və "İDEA" İctimai Birliyinin sədrinə müraciət ünvanlayıb

Prezident: Azərbaycanın daha böyük coğrafiyada önəmli ölkəyə çevrilməsi prosesi bundan sonra da uğurla gedəcək

Putin doğum günündə MDB liderləri ilə görüşəcək

Arxeologiyanın ürəyi Türkiyənin Şanlıurfasında döyünür – Fotolar

Azərbaycan Prezidenti: Qələbəmiz göstərdi ki, ədalətsizliyə qarşı mübarizə aparmaq mümkündür

Ən çox oxunanalar