Çərşənbə, 01 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Paşinyan Milli Təhlükəsizlik Xidmətinin rəhbərini işdən çıxarıb

Ermənistanın baş naziri Nikol Paşinyan Artur Vanesyanın Milli Təhlükəsizlik Xidmətinin direktoru vəzifəsindən çıxarılması üçün vəsatəti imzalayıb...

Müvafiq əmr bir-iki günün içində olacaq. Bu barədə baş nazir bazar ertəsi Vanadzorda mətbuat konfransında bildirib.

"Biz Vanesyanın gələcək fəaliyyətinə dair bir neçə ssenarini müzakirə etdik. Hazırda o, Ermənistanın futbol üzrə yığmasının Avropa birinciliyinin finalına çıxarılması məsələsinə yönəlməlidir", - Sputnik Armenia Paşinyandan sitat gətirib.

Vanesyanın işindən razı olub-olmaması barədə sualın cavabında Paşinyan deyib: "MTX rəhbərinin işi açıq müzakirə olunacaq iş deyil".

Artur Vanesyan Paşinyanın ən yaxın adamlarından biridir. 2018-ci il mayın 10-dan Ermənistan Milli Təhlükəsizlik Xidmətinə rəhbərlik edib. O, bir neçə il MTX strukturlarında çalışıb.

Bundan əlavə, Paşinyan onun yerinə kimi təyin etmək niyyətində olduğunu açıqlamayıb.

Bu, Paşinyanın idarəçiliyi dövründə ən hay-küylü istefadır ki, bu da sözsüz ki, hökumət üçün mənfi nəticələrə səbəb olacaq.

pia.az


Etiket: Paşinyan


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Coşqun Əliyev daha yüksək vəzifəyə gətirilir - İddia

Növbəti köç karvanı Laçına çatıb, açarlar təqdim olunub - Yenilənib

ABŞ-da atışma nəticəsində 3 polis əməkdaşı ölüb, 5-i yaralanıb

Bu il Azərbaycandan Həcc ziyarətinə səfərin vaxtı açıqlanıb

Bakıda I və II Şəhidlər xiyabanında tanınmadan dəfn edilən 13 nəfərin şəxsiyyəti müəyyənləşib - Siyahı    

Maskın sərvəti “Baidu” ilə əməkdaşlıq fonunda 37 milyard dollar artıb

ABŞ "Qiyamət təyyarəsi"ni göstərdi: İlk olaraq prezidenti xilas edəcək - Foto

Azərbaycana gələn turistlər Bakıdan sonra ən çox hansı əraziyə üstünlük verirlər? 

Əli Mirəliyev: “Kişi botoks etdirməz, saçına rəng qoymaz” - Video    

Ən çox oxunanalar